Dəfələrlə Quranı yandıran şəxs öldürülüb

İsveçdə Quran kitabını bir neçə dəfə ictimaiyyət qarşısında yandıran İraq əsilli Salvan Momika öldürülüb.
İsveç mətbuatı S.Momikanın silahlı hücum nəticəsində öldürüldüyünü yazıb.
38 yaşlı Salvan Momika 2023-cü ildə parlament binası qarşısında Quranı yandıraraq miqrasiya ilə bağlı milli müzakirələrə səbəb olmuşdu.
Polis hələlik hadisə və öldürülən şəxsin kimliyi barədə şərh verməyib.
Momika 2018-ci ildə İraqdan İsveçə gəlib və 2021-ci ildə üç illik yaşayış icazəsi alıb.
O və başqa bir şəxs irqi nifrət yaymaqda ittiham olunurdular.
Bu iş üzrə qərarın cümə axşamı səhər veriləcəyi gözlənilirdi.
Stokholm məhkəməsi elan edib ki, hökm müttəhimlərdən birinin ölümü ilə bağlı təxirə salınıb.
Momika etirazlarının müsəlmanları deyil, İslam dinini hədəf aldığını iddia edirdi.