“Al Jadeed”: Livanın cənubunda keçirilən etiraz aksiyaları zamanı yaralananlar var

İsrail əsgərləri Livanın cənubunda etirazçılara atəş açıb, nəticədə 5 nəfər yaralanıb.

Bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Etiraz aksiyasına səbəb İsrailin 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, qoşunların ölkənin cənubundan çıxarılmasının təxirə salması olub. Aita əş-Şaab, Kfar Kila və Meys əl-Cəbəl yaşayış məntəqələrinə gələn yerli sakinlər İsrailin razılaşmaya əsasən ərazini tərk etməyi tələb edən aksiya keçiriblər. Bununla da onlar İsrailə etirazlarını bildimək istəyiblər.

Lakin məsələyə İsrail əsgərləri özünəməxsus cavab verib. Aksiya iştirakçılarına doğru atəş açmaq nəticəsində 5 Livanlı müxtəlif formada bədən xəsarəti alıb.