Azərbaycan və Rusiya arasında ticarət əməliyyatları artlb

Ötən il Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,8 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 441,1 milyon ABŞ dolları və ya 10,1% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,08%-i həcmində olub.

Ötən il Azərbaycan Rusiyaya 1,2 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 18,1 milyon ABŞ dolları və ya 1,5% azdır. Dövr ərzində Rusiya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 4,44%-ni təşkil edib.

2024-cü ildə Azərbaycan Rusiyadan məhsul idxalını illik müqayisədə 459,1 milyon ABŞ dolları və ya 14,5% artıraraq 3,6 milyard ABŞ dollarına çatdırıb. Dövr ərzində Rusiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 17,20%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Məlumata görə, bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır.

Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb.

Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.