Mixail Qaluzin Azərbaycan səfiri ilə “Rus Evi” haqqında danışıb

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yanvarın 27-də Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevi Rusiya Xarici İşlər Nazirliyinə dəvət edib.

Rusiya XİN-in bununla bağlı məlumatında deyilir ki, Qaluzin Rusiya ilə Azərbaycan arasında münasibətlərin 2022-ci il fevralın 22-də imzalanmış Bəyannamə əsasında “strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda” qurulmasının vacibliyini vurğulayıb.

Bununla belə, “Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan bir sıra nəşrlər, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub, ittihamların tamamilə əsassızlığı qeyd olunub”

Görüşdə ötən il dekabrın 25-də baş verən təyyarə qəzasının müzakirə edildiyi, xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyinin vurğulandığı da bildirilir.

Hələlik Azərbaycan tərəfin bu görüşlə bağlı mövqeyi açılanmayıb. 

Son zamanlar Azərbaycanda hakimiyyətyönlü KİV-lərdə Rusiya, o cümlədən Bakıda illərdi fəaliyyət göstərən “Rus Evi” ilə bağlı şərhlərə əsasən iki ölkə arasında müasibətlərdə soyuqluq hiss olunduğunu demək olar. 

 

ToplumTv