Tənzilə Rüstəmxanlının etirazına səbəb və rəhbərlik etdiyi partiyanın buna haqq qazandırmağa çalışdığı Hacı Şahinin adının şəhidlər sırasında xatırlanaraq ruhuna dualar oxunmasına etiraz, əslində köhnə ədavət və nifrətin təzahürü olaraq Hacı Şahin ünvanında gündəmə gəlib. Həqiqət isə daha dərin və illər öncədən formalaşan bir nifrətdir.
Bütün bunlara varmadan, öncə şəhidlərlə ilahiyyatçının adının bərabər çəkilməsinə aydınlıq gətirməyə ehtiyac var.
Adı şəhidlərlə bərabər çəkilən Hacı Şahin Həsənli, həmən o şəhidlərin hər birinin ayrı-ayrı dəfn və məclislərində iştirak edərək, bu ailələrə çətin anlarda təsəlli və sevgi göstərib. Əsasən bu, şəhid ailələrinin Hacı Şahinin onların övladlarının məclislərində olma istəklərinə bağlılıqla bərabər, Qarabağı azad edən bir çox dəyərli oğullar, şəhidlərimiz məhz Məşəd Dadaş məscidi, Hacı Şahinin mənəvi təlimindən bəhrələnənlər olub.
Hacı Şahinin adının şəhidlərlə birlikdə yad olunmasına gəlincə, birmənalı olaraq dini və milli dəyərlərin formalaşmasında xüsusi rola malik şəhidlərin heç şübhəsiz hər biri ilahiyyatçının adının onlarla birlikdə çəkilməsinə sadəcə şad olardılar.
Əlavə olaraq, Hacı Şahin Həsənli 30 ildən artıq bir müddətdə bu xalqın milli-mənəvi dəyərlərinin təbliğinə əvəzsiz töhfə verib. O, heç bir vəzifə, pul və para müqabilində deyil, Allaha sədaqət, millətinə sevgini özünə amal edərək son nəfəsinə qədər bu istiqamətdə dayanmadan çalışdı.
Saysız insan kütləsinin göz yaşları, sevgi və ayrılıq həsrəti, ölümündən illər keçməsinə baxmayaraq bu gün də məzarının böyük sevgi seli ətrafında parlaması onu xatırlanması üçün yetərli səbəbdir.
Hacı Şahin də eynən şəhidlər kimi özünü, ruhunu, cismini, bütün varlığını xalqına, millətinə, dövlətinə, dininə fəda edən bir şəxsiyyət idi. Bir insanın şəhidlərlə bərabər xatırlanması üçün isə başqa səbəbə ehtiyac yoxdur.
Tənzilə Rüstəmxanlıya gəlincə, onun Sovet təfəkkür tərzinə malik bir insan olaraq İslam haqqında mənfi fikirləri yeni deyil. Bundan öncə də o, türkçülük arxasında məharətlə gizlənərək İslamın zəruri və əhəmiyyətli dəyərlərinə qarşı həqarətli çıxışları bəlli mövqeyini ortaya qoymuşdu. Bu gün də onun Hacı Şahin haqqında narahatlığı eyni qəbildən olan nifrətin təzahürüdür.
Rüstəmxanlının Hacı Şahinə etirazı əslində bir şiə ruhanisinin, bir İslam aliminin ölümsüzlük, sevgi simvoluna çevrilməsini həzm edə bilməyən, İslamın böyüklüyünə qarşı qəlbindəki nifrəti bir daha ortaya qoyduğunu təsdiq edir. Etiraz Hacı Şahinə yox, insanı ölümsüzləşdirən, ona ucalıq bəxş edən İslamadır.
Tənzilə Rüstəmxanlının etirazı Hacı Şahinə yox, İslamadır!