Azərbaycanda 1 ayda 10 məhkum ölüb

Təkcə 2025-ci ilin yanvar ayında cəzaçəkmə müəssisələrində 10 məhkumun öldüyü bildirilir.
Bu barədə vəkil Zibeydə Sadıqova sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, ölüm hallarının xəstəlikdən olduğu qeyd edilir.
“Cəzaçəkmə müəssisələrində və təcridxanalarda müalicə problemləri ilə üzləşdiyimiz barədə yazmışdım. Hələ də dəyişiklik yoxdur”, - vəkil qeyd edib.
O, 2025-ci ilin ilk ayında vəfat edən məhkumların adlarını da açıqlayıb:
04 yanvar - Fikrət İsmayılov,
06 yanvar - Sabir Əliyev,
08 yanvar - Müşfiq Həşimov,
09 yanvar - Nazim Ağayev,
22 yanvar - Əli Hüseynov,
22 yanvar - Qalib Mahmudov,
22 yanvar - Soltan Ağayev,
24 yanvar - Əhməd Əliyev,
27 yanvar - Məmmədbağır Abdullayev,
27 yanvar - Əli Əliyev.