2024-cü ilin noyabrına olan rəsmi məlumata əsasən, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi (ICE) tərəfindən yekun deportasiya əmri alan 1,4 milyon ABŞ vətəndaşı olmayan şəxsin arasında 700-dən çox Azərbaycan vətəndaşı var.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyinin yaydığı sənəddə deyilir ki, 709 nəfər Azərbaycan vətəndaşı ilə bağlı yekun deportasiya əmri verilib.
ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı qeyri-qanuni immiqrasiyaya qarşı tədbirlər görəcəyini vəd edib və yanvarın 20-də ikinci müddətə vəzifəsinin icrasına başlayandan ABŞ-a girişin əsaslı şəkildə dəyişdirilməsinə yönəlmiş bir sıra sərəncamlar imzalayıb.
709 nəfər azərbaycanlı ABŞ-dan deportasiya olunacaq