İspaniya Ukraynaya 10 milyon avroluq humanitar yardım ayıracaq

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Ukraynaya səfər edib və əlavə olaraq 10 milyon avroluq humanitar yardım ayırdığını açıqlayıb.

Bu barədə İspaniya XİN bildirib.

Məlumata əsasən, səfər zamanı diplomat bildirib ki, Ukraynaya İspan Əməkdaşlıq Agentliyindən humanitar yardım kimi 10 milyon avro ayrıldığını, bu damünaqişənin başlanğıcından bəri İspaniyanın Kiyevə verdiyi 100 milyon avroya əlavə olunacaq. Qeyd olunub ki, buna münaqişənin başlanğıcından bəri 400 milyon avro alan ölkənin yenidən qurulması üçün digər yardımları da əlavə etmək lazımdır.

Həmçinin bildirilib ki, 7 minə yaxın ukraynalı hərbçi artıq İspaniyada təlim keçib.

 

Unikal