Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.
Sonuncu məhkəmə iclasında hakim şahidlərin dindirilməsinin başa çatdığını bildirərək Fazil Qasımova sərbəst ifadə verməyi təklif edib. O isə əvvəlki məhkəmə iclaslarında vəkillərinin qaldırdığı vəsatətə baxılmasını xahiş edib. Bu vəsatət Qubad İbadoğlunun əlavə şahid kimi dindirilməsiylə bağlıdır. Məhkəmə bu vəsatəti baxılmamış saxlamışdı.
Hakim bildirib ki, sənədlər tədqiq olunandan sonra bütün vəsatətlərə baxılacaq.
Vəkil Fuad Ağayev bununla razılaşmayıb:
“Burada Qubad İbadoğlunun adını çəkməyən adam qalmadı. Təqsirləndirilən şəxslər də onun adını çəkir, müstəntiq də, gələn şahidlər də. Qubad İbadoğlu dindirilməyəndən sonra nə qədər istəyirsiz məhkəmə baxışı keçirilsin. Siz Qubad İbadoğlunun çağırılıb dindirilməsi barədə vəsatətə indi baxın, qalan vəsatətlərə sonra baxarsız”, - vəkil məhkəmədən xahiş edib.
Digər təqsirləndirilən Anar Əliyevsə Qubad İbadoğlunun dindirilməsinə ehtiyac görmədiyini deyib.
Dövlət ittihamçısı bildirib ki, Qubad İbadoğlu başqa iş üzrə təqsirləndirilən şəxsdir, bu iş üzrə onun statusu müəyyən edilməyib. Məhkəməyə gəlsə də, özünə qarşı ifadə verməmək hüququ var. Bundan başqa, dövlət ittihamçısı deyib ki, tədqiq edilmiş və ediləcək sübutlar yekun hökm çıxarılması üçün yetərlidir.
Hakimlər yerində müşavirə edərək vəsatəti təmin etməyiblər.
Vəkil Fuad Ağayev vəsatətin təmin olunmamasına belə etiraz edib:
“Heç bir hüquqi əsas olmadan Qubad İbadoğlunun işini bu işdən ayırıblar, işi süni şəkildə saxlayıblar. Amma Fazil Qasımovun işinə baxılır. İttihamda yazılıb Fazil Qasımov Qubad İbadoğluna 21 min dollar verib, Qubad İbadoğlunu dindirmək istəmirsiz. Absurd mənzərədir”.
Fuad Ağayev daha bir neçə vəsatət verib:
“İttiham aktında yazılıb ki, Fazil Qasımov Qubad İbadoğluna Türkiyədə 21 min dollar verib. Guya orada cinayət törədilib, ancaq Türkiyə Respublikasının bundan xəbəri yoxdur. Əgər vəsatətimizi rədd edəcəkdinizsə, niyə əvvəldən təmin etmirdiniz? Baxış və axtarış videolarına baxdıq, əməliyyatçı da, təhqiqatçı da, müstəntiq də əlcəksiz maddi sübutlara toxunurlar. Onlar bunu qəsdən ediblər ki, izlər itsin. Əməliyyatçı burada dedi ki, bu göstərişi təhqiqatçıdan alıb. Təhqiqatçı isə deyir ki, ona da göstəriş müstəntiq Yusif Yusifovdan gəlib. Təhqiqatçı Kərim Kərimli və müstəntiq gəlsin, ifadə versin".
İkinci vəsatət Fazil Qasımovun 7 avqust 2023-cü ildə Türkiyədən Azərbaycana hansı təyyarədə gətirilməsi, yanında kimlərin olması barədə məlumatın və kamera görüntülərinin alınmasına görə qaldırılıb. Fazil Qasımov vəkilinin vəsatətlərini müdafiə etdiyini bildirib və əlavə edib:
“4 aprel 2013-cü ildə Türkiyə Böyük Millət Məclisində Qanun qəbul edilib. Qanuna əsasən heç kəs işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan davranışa məruz qalacağı ölkəyə göndərilə bilməz”.
Hakim onun sözünü kəsərək deyib ki, bizə hüquq dərsi kecməyin. O, vəsatətləri baxılmamış saxlayıb.
Vəkil Fuad Ağayev vəsatətlərin təmin olunmamasını istəyən dövlət ittihamçısı Babaxan Həsənəliyevə etiraz edib:
“Prokuror işin ədalətli araşdırılması üçün heç bir maraq nümayiş etdirmir. Biz vəsatət veririk ki, müstəntiq dindirilsin, bilə-bilə maddi sübutları korlamaq göstərişi verib, prokuror deyir ki, təmin olunmasın. Deyirik ki, Qubad İbadoğlu dindirilsin, deyir: “O, digər işdə təqsirləndirilən şəxsdir, bu işdə statusu müəyyən olunmayıb”. Bilə-bilə o işi bundan ayırıblar ki, Fazil Qasımovun xeyrinə ifadə verəcək adam dindirilməsin. Prokuror vəsatətlərin əleyhinə çıxır. Axtarış videolarında görünür ki, əməliyyatçının, müstəntiqin toxunmadıqları maddi sübut qalmayıb. Bilə-bilə ediblər ki, izləri məhv eləsinlər. Müstəntiq və təhqiqatçı dindirilməsə məhkəmə həqiqəti necə ortaya çıxara biləcək? Prokurorun qərəzliliyinə dair əsaslı və mötəbər sübutlar var. Ona görə Babaxan Həsənəliyev bu iş üzrə dövlət ittihamının müdafiəsindən kənarlaşdırılmalıdır”.
Məhkəmə etirazı baxılmamış saxlayıb.
Fazil Qasımov daha bir neçə vəsatət təqdim edib. Hakim vəsatətlərə sənədlərin tədqiqindən sonra baxılacağını bildirib.
Növbəti məhkəmə iclası yanvarın 30-na təyin edilib.
Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir.
Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.
Bu ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.
Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrıca icraata götürülüb. Qubad İbadoğlunun da istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda iş məhkəməyə göndəriləcək.
ToplumTV
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək