İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki bəzi qəsəbə və kəndlərə təşkil etdiyi basqınlar nəticəsində 2 fələstinli həyatını itirib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki Cənin qaçqınlar düşərgəsinə təşkil etdiyi hücum nəticəsində 2 fələstinli ölüb, 3 nəfər isə yaralanıb. Əsgərlər, öldürülən fələstinlilərin cəsədlərini ələ keçirib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin yaydığı bəyanatda İsrail əsgərlərinin əsir mübadiləsi nəticəsində azad edilən fələstinliləri qarşılamaq üçün İordan çayının qərb sahilindəki Ofer Hərbi Həbsxanası qarşısında toplaşan qrupa müdaxilə etdiyi bildirilib. Bəyanatda Qızıl Aypara Cəmiyyəti əməkdaşlarının hücum nəticəsində yaralanan 61 nəfərə hadisə yerində müdaxilə etdiyi vurğulanıb.
İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumlarında artım müşahidə olunur. Sözügedən dövrdə, İsrail əsgərləri və yəhudilərin İordan çayının qərb sahili və Şərqi Qüdsdə törətdiyi hücumlar nəticəsində 880 fələstinli həyatını itirib.
Az.shafaqna.com
İsrail qüvvələri İordan çayının qərb sahilində iki fələstinlini qətlə yetirib