Primakov “Baku” TV-ni məhkəmə ilə hədələyib

“Rossotrudniçestvo”nun (Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi) rəhbəri Yevgenyi Primakov “Baku” TV-ni məhkəmə ilə hədələyib.
Bu barədə Primakov “Telegram” kanalında yazıb.
“Hansısa qızın Azərbaycanın Baku.tv gerblı ilə mənfur reportajı ilə tanış oldum. Bakıda bizim Azərbaycandakı Mədəniyyət Mərkəzinin girişində, Rus Evi lövhəsinin qarşısında çəkilib. Reportajda qız utanmazcasına yalan söyləyir ki, bura casuslar və separatçılar yuvasıdır. Mənə məlum olduğu qədərilə, Baku.tv Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Bazar ertəsi biz işgüzar nüfuzun qorunması ilə bağlı məhkəmə iddiası hazırlayacağıq.”, - Primakov yazıb.
O xatırladıb ki, Azərbaycandakı Rusiya Mədəniyyət Mərkəzi iki ölkə arasında hökumətlərarası saziş əsasında fəaliyyət göstərir və müstəsna olaraq, təhsil, mədəniyyət və elmlə məşğul olur : ”İndi, qoy, Baku.tv sübut etsin ki, bu fəaliyyət casus fəaliyyətidir və ya hansısa bir şəkildə qanunsuzdur”.
 
 
ToplumTV