Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkonun 87,6% səslə seçkilərdə qalib gəldiyi deyilir.
Məlumat Belarus Gənclər Təşkilatları Komitəsinin “exit-poll”unun nəticələrində göstərilir.
“Exit-poll”un 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirildiyi bildirilir.
Bu, Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi olan A.Lukaşenkonun 7-ci Prezidentlik dönəminin başlaması deməkdir.
O, 1994-cü ildən ölkənin Prezidentidir.
Hazırda Belarusda aralarında siyasətçi, jurnalist, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalı olduğu deyilən 1300-dək siyasi məhbus var.
Onlara vəkil tutmaq qadağan edilib, saxlanma şəraitləri də olduqca ağırdır.
Son, 2020-ci ildəki Prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı genişmiqyaslı repressiyalarda, azı, 13 min belaruslu ölkəni tərk etməyə məcbur qalıb.
Aleksandr Lukaşenko seçkilərdə qalib gəlib