III Respublika Platforması (ResPlatforma) seçiciləri 2025-ci il bələdiyyə seçkilərini aktiv etiraz səsverməsinə çağırıb.
ResPlatforma bunu onunla əsaslandırır ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur, ölkədə seçki institutunun bütün real atributları məhv edilib.
Hazırda Azərbaycan ictimaiyyətində seçkiyə inam olmadığını bildirən təşkilat, bu reallığı qəbul etməklə bərabər, hesab edir ki, ölkə problemlərinin həlli iştirakçılıqdan keçir.
“Bunun üçün isə seçkiyə getmək daha düzgün yanaşmadır. Bu baxımdan, ResPlatforma olaraq, Azərbaycan vətəndaşlarının 2025-ci il bələdiyyə seçkilərindən etiraz səsverməsi məqsədilə istifadə etməli olduğunu düşünürük”, müraciətdə deyilir.
ResPlatforma 2023-cü ilin dekabrında təsis olunub, ötən ilin martında qurumun spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli həbs edilib.
ResPlatforma bələdiyyə seçkiləri ilə bağlı aktiv etiraz səsverməsinə çağırıb