Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin 141-ci doğum günüdür. Bu gün Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın fəalları Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə anım tədbirləri keçirib.
Tədbirdə çıxış edənlər Rəsulzadənin Azərbaycanın dövlətçilik tarixindəki rolundan danışıb, onun mühacirət həyatına diqqət çəkib.
“Məhəmməd Əmin Rəsulzadə bu gün də xalqın qəlbində yaşayır. Çünki ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr edib. Amma ona qarşı mübarizə aparanların adları belə yaddaşlardan silinib”, Milli Şuranın sədri Cəmil Həsənli qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Rəsulzadə ideyaları millətin azadlığını təcəssüm edir.
“Məhəmməd Əmin Rəsuzladənin dediyi kimi, millətlərə təkcə azadlıq yox, həm də hər bir insanın hürriyyəti lazımdır”, o qeyd edib.
Kərimli Rəsuzladəyə istinadən deyib ki, Rusiya öz tarixi torpaqlarına qayıtmasa bəşəriyyət üçün əmin-amanlıq olmayacaq.
“Yüz il öncə Rəsulzadə deyib ki, Rusiya öz tarixi torpaqlarına qayıtmasa bəşəriyyət üçün əmin-amanlıq yoxdur. Yetmiş il Sovetlər hakimiyyəti Rəsulzadəyə qarşı mübarizə apardı. Sonra da 30 il indiki iqtidar Rəsulzadəyə qarşı mübarizə apardı. Amma nəyə görə Rəsulzadəyə gücləri çatmadı? Çünki Rəsulzadə təmənnasızdır, dürüstdür, ləkə götürməz. O özü üçün heç nə istəmədi. Hər şeyi milləti üçün etdi. Biz Azərbaycanı sevməyi Rəsulzadədədn öyrənməliyik”, Kərimli qeyd edib.
Müxalifət partiyaları Rəsulzadənin anadan olmasının 141-ci ildönümünü qeyd edib