23 July 2024

AXCP-nin bir üzvü də narkotik ittihamı ilə cəzalandırılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, iki ildən çoxdur həbsdə olan Razi Alışova 5 il 6 ay həbs cəzası kəsilib. İyulun 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. R.Alışov satış məqsədilə narkotik əldə etməkdə və Gəncə sakini Vüqar Cəfərovla əlbirlikdə suçlanır. Eyni hökmlə V.Cəfərova da 6 il 6 ay həbs cəzası verilib.

R.Alışov narkotik satışı ittihamını qəbul etmir.

ABŞ Səfirliyi: Azərbaycanı haqsız yerə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edirik

“Biz Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edirik”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı açıqlamasında deyilir.

Avropa III Dünya Müharibəsinə hazırlaşırmı?

Bildirilir ki, Avropa İttifaqı Rusiya ilə münaqişə təhlükəsindən icbari hərbi xidməti geri qaytarmağa, eləcə də müdafiə sənayesi istehsalını artırmağa hazırlaşır.

CNN-in xəbərini yayan Tass agentliyi Norveç və Latviya kimi bəzi Avropa ölkələrinin məcburi hərbi xidmətə qayıtdığına diqqət çəkib. Xəbərdə Almaniyanın da könüllü olaraq orduya qoşulmasına yol açmağa hazırlaşdığı bildirilir.

Fələstin İsrailin Paris Olimpiadasından kənarlaşdırılmasını tələb edib

Fələstin Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin rəhbərinə ünvanladığı məktubda sionist rejimin Paris Olimpiya Oyunlarından kənarlaşdırılmasını tələb edib.

Fələstin Olimpiya Komitəsinin Tomas Baxa göndərdiyi məktubda vurğulanıb ki, fələstinli idmançılar, xüsusən də Qəzzada olan idmançılar təhlükəsiz keçiddən məhrumdurlar və davam edən qarşıdurmalar səbəbindən çox əziyyət çəkirlər.

Yaponiya İordan çayının qərb sahilindəki israillilərə qarşı sanksiyalar hazırlayır

Yaponiya hökuməti ilk dəfə olaraq İordan çayının qərb sahilindəki israillilərə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Yaponiya hakimiyyəti ötən ilin oktyabrında Qəzza zolağından “HƏMAS” yaraqlılarının İsrail ərazisinə daxil olması ilə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bölgədə meydana gələn silsilə hücumlardan narahat olub.

Azərbaycan səfiri İran XİN-də olub

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyində olub. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi məlumat yayıb.

Bildirilir ki, səfir XİN-də Avrasiya Baş İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq Baş İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli və qarşılıqlı məsələlər müzakirə  olunub. 

Fars körfəzində qanunu pozan neft tankeri saxlanılıb

İran İslam İnqilabı Keşikçilər Korpusu Hərbi Dəniz Qüvvələrinin ikinci bölgə qüvvələrinin ictimaiyyətlə əlaqələri yayımladığı bildirişdə, Fars körfəzinin orta sularında Toqo bayrağı altında 1 milyon 500 min litrdən çox qaçaqmal yanacaq daşıyan neft tankerinin və 12 ekipaj üzvünün bu bölgə mühafizəçiləri tərəfindən ələ keçirildiyini bildirdi.

Fələstin qrupları “Barışıq Dialoq Bəyannaməsi”ni imzalayıb

Çinin paytaxtı Pekində toplaşan fələstinli qruplar parçalanmaya son qoyulması və Fələstin milli birliyinin möhkəmləndirilməsi haqqında bəyannamə imzalayıb.

Fəth, HƏMAS, İslami Cihad, Fələstinin Azadlıq Xalq Cəbhəsi və Fələstin Demokratik Cəbhəsi də daxil olmaqla 14 Fələstin milli qrupu Çin hökumətinin dəvəti ilə paytaxt Pekində toplaşaraq 21 iyulda başlayan və bu gün sona çatan barışıq bəyannaməsini imzalayıb.

Keçmiş diplomat Emin İbrahimov saxlanılıb

Keçmiş diplomat, fəal Emin İbrahimovun saxlanıldığı bildirilir. Onun yaxınların Turana bildirdiyinə görə, iyulun 21-i axşam saatlarında fəal zəng edərək Nizami Polis İdarəsində olduğunu deyib:

 

"Dedi ki, onu saxlayıblar. Güya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu deyib". Vəkil Aqil Layıc da məlumatı təsdiqləyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də Turana xəbəri təsdiqləyiblər.

Londonda Məvakib Hüseyniyyəsində matəm xidmətçilərinin təltifetmə mərasimi

 İngiltərə paytaxtı Londonda Məvakib Hüseyniyyəsində Ayətullah Xoi institutunun ev sahibliyilə ənənəvi olaraq matəm xidmətçilərinin təltifetmə mərasimi keçirilib.

Mərasimdə Məhərrəm ayı məclislərinin xətibləri, alimləri, məddahlar, yürüş təşkilatçıları və s. iştirak ediblər.

Qeyd edək ki, bu təltifetmə mərasimi ənənəvi olaraq hər il Ayətullah Xoi institutunun təşkilatıçılığı ilə keçirilir.

 

 

Az.shafaqna.com