Yaponiya İordan çayının qərb sahilindəki israillilərə qarşı sanksiyalar hazırlayır

Yaponiya hökuməti ilk dəfə olaraq İordan çayının qərb sahilindəki israillilərə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Yaponiya hakimiyyəti ötən ilin oktyabrında Qəzza zolağından “HƏMAS” yaraqlılarının İsrail ərazisinə daxil olması ilə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bölgədə meydana gələn silsilə hücumlardan narahat olub.

Tokio köçkünlərin aqressiv hərəkətlərini qəbuledilməz, qeyri-insani hesab edir və buna görə də məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdən keçirir. Müvafiq təsdiq isə son mərhələdədir.

İordan çayının qərb sahilindəki israillilərə qarşı sanksiyalar bundan əvvəl Britaniya, Kanada və ABŞ tərəfindən tətbiq edilib. Yaponiya ilk dəfədir ki, belə tədbirlər görəcək.

 

Report