17 July 2024

Qubad İbadoğlunun işi üzrə saxlanılmış doktorant 33 gündür aclıq edir

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 33 gündür “qanunsuz həbsinə” etiraz olaraq aclığı davam etdirir. O, yalnız su qəbul edir.

Bu barədə iyulun 17-də vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Fazil Qasımovla bağlı ibtidai istintaq bu həftə yekulaşacaq, Gələn həftə cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Kaliforniya məktəblərində övladının cinsiyyətini dəyişdiyi barədə valideynlərə məlumat vermək qadağan edilib

Kaliforniya qubernatoru Gavin Newsom, bazar ertəsi məktəb rəhbərlərinə uşaqlarının cinsi və ya cinsi oriyentasiyasını dəyişdiyi barədə valideynlərə məlumat verməyi qadağan edən qərar verib.

“AB 1955” adlı qanun layihəsinin imzalanması ilə Demokratlar Partiyasının nəzarətində olan ştatın qanunverici orqanında aparılan müzakirələrdən sonra ABŞ-ın ən böyük ştatında (ABŞ) məktəblərin işçiləri uşağın icazəsi olmadan valideynlərə və ya hər hansı başqa şəxsə məlumat verə bilməyəcəklər.

Dünyada buğda ucuzlaşıb, Azərbaycanda un bahalaşıb

Azərbaycanda unun qiymətində artım müşahidə olunur. Mayda 50 kiloqramlıq un kisəsinin qiyməti 25-26 manat idisə, hazırda o, 29 manata qədər yüksəlib.

Unun qiymətində artım Dövlət Statistika Komitəsinin (DSK) məlumatında da əks edilib.

"Rusiyada taxılın bahalaşması..."

"Dəvəçi-Dəyirman" MMC-dən də "Turan"a ilin əvvəli ilə müqayisədə unun qiymətində artım olduğunu təsdiqləyiblər.

İsraildə hərbi böhran artır; "Nasistlər! Öləcəyik, əsgərliyə getməyəcəyik"

 İsrail ordusu iyulun 21-dən etibarən ultra-ortodoksların (Haredi) cəlb edilməsi üçün işə qəbul prosesinin başlayacağını açıqlayıb. Xəbərdən sonra anti-hərbi ultra-ortodoks yəhudilər “Öləcəyik, əsgərliyə getməyəcəyik” şüarları səsləndirərək yolu bağlayıblar.

İsrail ordusunun sözçüsü tərəfindən edilən açıqlamada ultra-pravoslavların orduya cəlb edilməsi prosesi haqqında məlumat verilib.

İnqilab rəhbərinin iştirakı ilə Aşura gecəsi mərasimi keçirilib

Dünən gecə İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni adına hüseyniyyədə Aşura gecəsi əzadarlığı və şəhidlər sərvəri ələyhissəlama təvəssül mərasimi keçirilib. Mərasimdə həmçinin şəhidlər ağası və sərvəri ələyhissəlamın əzadarlarından bir qrupu iştirak edib.

Bu mərasimdə höccətülislam vəlmüslimin Rəfii çıxış edib və cənab Meysəm Mütii mərsiyə və növhə oxuyubdur.

İranın BMT-dəki nümayəndəliyi: Trampa sui-qəsddə İranın rolu ilə bağlı ittihamlar əsassız və qərəzlidir

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsddə İranın rolu ilə bağlı bəzi iddia edilən xəbərlərin ardınca bildirib: “Bu ittihamlar əsassız və qərəzlidir.”

Rusiya və İran münasibətlərin daha da möhkəmlənməsinə sadiq olduqlarını təsdiqləyiblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Əli Baqeri Kani strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksələn münasibətlərin möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yer alıb.