İranın BMT-dəki nümayəndəliyi: Trampa sui-qəsddə İranın rolu ilə bağlı ittihamlar əsassız və qərəzlidir

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsddə İranın rolu ilə bağlı bəzi iddia edilən xəbərlərin ardınca bildirib: “Bu ittihamlar əsassız və qərəzlidir.”

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi çərşənbə axşamı Trampa sui-qəsddə İranın rolu ilə bağlı yayılan xəbərlərə cavab olaraq bildirib: “Bu ittihamlar əsassız və qərəzlidir. İran İslam Respublikası nöqteyi-nəzərindən Tramp general Qasım Süleymaninin terror edilməsinə göstəriş verdiyi üçün məhkəmədə mühakimə olunmalı və cəzalandırılmalı olan cinayətkardır. İran onu məsuliyyətə cəlb etmək üçün hüquqi yol seçib.”