15 July 2024

Aşura yaxınlaşır

Təbii sistemləşdirilmiş idarəçilik, əsrlərdir müəyyən olunmuş prinsipləri daxilində fəaliyyətdə ikən bütün yaradılış insan adlanan varlığa xidmətdədir. Sonsuz görünən bu kəşkəşanların yaranma səbəbi olan insan Rəbbin kamillik əsəri olaraq xilqətin zirvəsindədir.

Berlində Fələstinə dəstək nümayişi zamanı bir çox etirazçı polisin sərt müdaxiləsi ilə üzləşib.

Almaniyanın paytaxtı Berlində Fələstinə dəstək nümayişində çoxlu sayda nümayişçi saxlanılıb. 1000-dən çox fəal İsrailin Qəzzaya hücumlarına etiraz etmək və Fələstinlə həmrəylik nümayiş etdirmək üçün Berlinin Steqlitz meriyasının qarşısına toplaşıb.

"Nəcməddin Sadıkov üçün 6 dəst stəkana 21 min, 80 ədəd çaxıra 8 min manat vermişəm" - 143 milyonluq cinayət işi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.