İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Ayxan İsrafilovun 10 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı bildirilir. Bu barədə onun ailəsi məlumat yayıb.
Məlumatda deyilir ki, İsrafilov 29 iyunda saxlanıldığı Umbakı Penitensiar Müəssisədən aparılıb və o vaxtdan bəri onun harada olduğu ilə bağlı heç bir məlumat verilməyib. Ailə üzvləri və vəkili bu barədə məlumat əldə etmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb, lakin Penitensiar Xidmət yalnız yazılı müraciət əsasında cavab veriləcəyini bildirib.
Ailəsinin sözlərinə görə, onlar Ombudsman Aparatı ilə əlaqə saxlayıb və oradan onlara İsrafilovun 17 saylı Cəzaçəkmə Müəssisəsinə aparıldığı məlumatı verilib.
"Bu müddət ərzində Ayxan bizə zəng etməyib və onun harada saxlanması ilə bağlı məlumat əldə etmək mümkün olmayıb" - deyə, ailəsi bildirir.
İsrafilovun yaxınları qeyd edir ki, 14 iyul tarixində Ayxanla görüşmək üçün 17 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər, lakin onlara Ayxanın orada olmadığı bildirilib.
"Daha sonra biz 2 saylı Cəzaçəkmə Müəssisəsinə üz tutduq və orada da Ayxanın olmadığını öyrəndik. Nəhayət, 10 saylı Cəzaçəkmə Müəssisəsinə getdikdə, Ayxanın orada olduğunu bildirdilər".
Ailəsi məlumatda qeyd edir ki, 29 iyun tarixində Ayxan İsrafilov 10 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilib, onun üzərində olan əşyalar yoxlanışdan keçirilib.
"Onun üzərində olan dərmanların nəyə lazım olduğu soruşulub. Ayxan ayağının xəstə olduğunu və mütəmadi olaraq dərmandan istifadə etdiyini bildirib. Müəssisə əməkdaşları dərmanları götürmək istədikdə, Ayxan buna etiraz edib. Bu etirazın nəticəsində, müəssisə əməkdaşları onu dəhşətli şəkildə döyüblər. 15 dəfə üzünə şillə və 1 dəfə sinəsinə yumruq zərbələri vurulub. Daha sonra onu cərimə kamerasına salıblar", ailəsi bildirir.
Ailəsinin sözlərinə görə, İsrafilova ailəsi ilə əlaqə saxlamağa icazə verilməyib və 14 gün ərzində cərimə kamerasında qeyri-insani şəraitdə saxlanılıb.
"Bu müddət ərzində yemək verilməyib. Ayxan cəmi 4 yumurta ilə qidalanıb. Ayxan çox çəki itirib, çətinliklə yeriyir və danışırdı. O, döyüldükdən sonra ona izahat yazdırmağa çalışıblar ki, guya yoxlanış zamanı müəssisə əməkdaşlarına müqavimət göstərib və onlara müdaxilə edib. Lakin Ayxan bu formada izahat yazmaqdan imtina edib və izahatında şəxsi dərmanlarından istifadəsinə etiraz etdiyinə görə döyüldüyünü bildirib. Ayxan hazırda da cərimə kamerasında saxlanılır və ümumi məhkumların saxlanıldığı yerə buraxılmır", ailəsi bildirir.
Qeyri-iş günü olduğu üçün Penitensiar Xidmətlə əlaqə saxlamaq mümkün olmayıb.
İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb. Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İşçi Masasının sədri Afiəddin Məmmədov isə ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq- silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.
Yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.
İşçi Masasının digər üzvü Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.
Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.
Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
AmerikanınSəsi
Ayxan İsrafilovun həbsxanada zorakılığa məruz qaldığı bildirilir