Qəzzaya humanitar yardım çatdırılır

ABŞ rəsmilərinin bildirdiyinə görə, humanitar yardım Qəzzaya ABŞ tərəfindən inşa edilmiş estakada vasitəsilə daxil olmağa başlayır.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə günü Ağ Evdə "Yardım çatdırılır" deyib. "Hər birimizin istədiyimiz kimi sürətlə getmir, çünki biz həmişə daha çox istəyirik" deyə, o bildirib.

Müdafiə Nazirliyinin hesablamalarına görə, çərşənbə günü gecə 800 tondan çox yardım çatıb.

CNN agentliyinin bildirdiyinə görə, Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Bred Kuper deyib ki, Birləşmiş Ştatlar estskada vasitəsilə gündə təxminən 500 ton, ya da təxminən 90 yük maşını yardım çatdırılmasına ümid edir.

Yardım Qəzzanın böyük hissəsinin aclıq astanasında olduğu bir vaxt çatdırılır. Humanitar yardım rəsmiləri bəzi yerlərdə aclığın başladığını deyir.

Yardım keçən həftə eayakadaya çatıb və yük maşınlarına yüklənib. Lakin içərisində yardım olan yük maşını karvanı kütlə tərəfindən ələ keçirilib. Hadisə nəticəsində bir nəfər ölüb.

Yardım təşkilatları ölümlə nəticələnən hadisələrin qarşısını almaq üçün təhlükəsiz marşrutlar üzərində koordinasiya edir.

Bu arada, Reuters xəbər agentliyi İsrail tanklarının çərşənbə günü gecə Qəzzanın cənubundakı Rəfaha doğru irəlilədiyini bildirib.

Hərbi əməliyyat Rəfah şəhərinin şiddətli bombardmanı ilə başlayıb. Nəticədə yüz minlərlə insan sığınacaq tapmaq üçün ətrafa dağılıb.

Rəfah sakini Reuters agentliyinə "Bütün gecə İsrailin pilotsuz təyyarələri, helikopterləri, döyüş təyyarələri və tanklarının atəşi dayanmayıb. Tanklar bütün gecəni şiddətli atəş altında, məhdud şəkildə cənub-şərqə doğru irəliləyib" deyə, bildirib.

İsrail Qəzzada HƏMAS üzvlərinin gizləndiyinə inandığı yerlərə hücum etməkdən başqa çarəsi olmadığını deyib, bazmayaraq ki, fələstinlilər həmin ərazilərə sığınıb.

 

 

 

Amerikanın Səsi