Qadağalanan hicablı qızların alternativ təhsil hüququ varmı?
Təhsil müəsisələrində hicablı qız uşaqlarının baş örtüyü ilə gəlişinə qoyulan qadağa hələ də gərgin fazada qalmaqdadır. Yüzlərlə, minlərlə hicablı qızlar günlərdir məktəblərə buraxılmır. Demək, məcburi olan təhsil yeni qanunun qəbulunda qızları elə məcburi də təhsildən uzaqlaşdıran bir qərarı ortaya qoyub.
Məlum qərarın ana qanuna zidd olması, konsitutsiyada təhsil almaq hüququnun təsbit olunması özlüyündə bu qərarı hüquqi qüvvədən salır. Lakin buna əhəmiyyət verilmədən, qərarda açıq hicabın qadağan olunmamasına baxmayaraq, uşaqların təhsil ocaqlarına girişinə qadağa ilk və yerində bir sualı qaçılmaz edir: Hicablı şagirlərin təhsil ocaqlarına gəlişini məhdudlaşdıran bu qərar hicablı qızlara alternatik nə təklif edir?
Bəllidir ki, dövlət, hakimiyyəti idarə edən sistem önun mənbəyi olan xalqı bu vəziyyətdə düşünməli və ona alternativ yollar təklif etməlidir ki, bu təklif edilən xətt hər iki tərəfin ortaq nöqtəsi olaraq tərəflərin kompromisə gətirsin. Bəs rejim bu gün minlərlə örtüklü qızların hüquqlarını qorumaqla üçüncü bir yol təklif edə bilirmi?
Zahid Orucun çıxışında səslənən ifadənin “məcbur” olunmaq kimi tələbi birmənalı hakimiyyətin bu məsələdə heç bir seçimə malik olmamasını göstərir. Məsələ hətta bir zamanlar müddətli pensiya yaşının artırılması kimi hansısa keçidləri də ortaya qoya bilməməsini aydın nümayiş etdirir. Belə olan halda məlumdur ki, hakimiyyətin israrlı addımı kimi inanclıların da əqidə məsələsi olan hicabın qorunması üçün bütün mümkün yolları sınaması qaçılmaz olacaq. Hakimiyyətin təklifdə acizlik göstərdiyi yol üçün bu dəfə inanclılar özləri düşünərək hüquqi müstəvidə məsələnin həllinə addım atmağa çalışırlar.
Lakin əgər yolların tükənəcəyi halda məlum qadağa növbəti mərhələdə hansı mümkün addımları proqnozlaşdıra biləcəyinə də baxmaq zəruridir. Bunlardan birini Türkiyə dövləti səsləndirib. O, örtüklü qız uşaqlarının təhsillə bağlı təminatını öz üzərinə götürərək onları Türkiyədə təhsil almağa dəvət edir. Yəni qızlarımız ölkəsində onların baş örtüyü ilə təhsilinə maniə yaradan sistemin məhdudiyyətindən qardaş ölkəyə köçməyə məcbur olur.
Eyni təklifi İraqın valisi də media üzərindən müraciətlə min yerlik qız uşaqları üçün ölkəsində təhsil, yaşamaq hüququnu tanıyaraq onları İraqa dəvəti də bu günlər diqqətçəkici oldu. Bunun paralelində İrandan da qızlarımıza təhsil üçün yaradılan şəraitlə ölkəsinə dəvət Azərbaycan hakimiyyəti üçün qorxulu bir həyəcan təbili çalmalıdır.
Axı bəllidir ki, təhsildən uzaqlaşdırılan qızların az qismi istisna olmaqla, mütləq əksəriyyəti hicabını qoruyacaq. Bu isə öz növbəsində onların təhsildən uzaqlaşdırılmasını yeni qanuna görə qaçılmaz edəcək. Belə olan halda seçim alternativ təqdim olunmayan ölkəsindən Türkiyə, İraq və ya İrana üz tutan və bu ölkələrdə formalaşan Azərbaycanın gələcəyinin hansı quruluş almasını düşünmək doğurdanmı bu hakimiyyəti narahat etmir?
Ən rahatı, onlar öz ölkəsində təhsil hüququnu məhdudlaşdıran bir rejimi, hakimiyyəti daxili bir nifrətin inkişafı ilə yaxşı halda qınaq hədəfində saxlayacaq. Əlavə olaraq, sabahın anası, ailə başçısı, idarə strukturu, psixoloqu olan bu xanımların müxtəlif yad ölkələrin mədəniyyəti, adət və ənənələrinin təsirinə düşmə ehtimal bu ölkənin sabahını hansı qorxulu vəziyyətə gətirə bilməsini düşünmək elə də çətin deyil.
Hər növ qapıları hicablı qız uşaqlarının üzərinə qapadan rejim üçün sadalanan bir səbəb onlarla mümkün variantın ən aşkar və təqdim olunanıdır. Bu, digər variantların çoxluğu fonunda ən rahat, lakin olduqca qorxuludur.
Bir daha düşünək. Sərt və qətiyyətin deyil, xalqın və millətin bu günü, sabahını fikirləşərək daha rossianal addım atmağı bir daha gözdən keçirək. Hər şeyin geridönüşü mümkün olmayan vəziyyət almadan bu qərarı bird aha xalq və dövlət birliyində həll etməyə çalışaq.