Tale Bağırzadə Abgül Süleymanovun həbsini pislədi

Növbəti dəfə hicabın qadağan edilməsinə cəhd göstərən bu sistem müqavimət ruhu ilə qarşılaşmalı oldu. Xalq öz dini və milli kimliyinin rəmzi olan hicabın müdafiəsini öz iradəsi ilə nümayiş etdirdi. Şübhəsiz ki, bu müqavimət ayıq və mübariz ruhlu, dəyərli Hacı Abgül Süleymanovun simasında daha bariz şəkildə özünü göstərirdi.

Onun yerində və dəqiq reaksiyası bunun əyani sübutudur. Heç də təsadüfi deyil ki, bu mövqe hakimiyyəti narahat etdiyindən adekvat addım atılaraq ilahiyyatçı həbs edildi.

Biz hakimiyyətin hicabla bağlı planlarını ifşa edən Hacı Abgül Süleymanovun həbsini qətiyyətlə pisləyir və onun dərhal azad edilməsini tələb edirik.