İlk öncə telefon danışıqlarıma tam qadağa qoydular. Günlər sonra isə bu danışıqlar üçün bəzi şərtlər irəli sürdülər. Namussuzcasına və şərəfsizcəsinə dedilər ki, anam və həyat yoldaşımla bütün telefon danışıqlarım zamanı telefonçu söhbətlərimi dinləyəcək. Əgər danışıqlarımda məişət mövzularından kənar hər hansı bir fikrə yol versəm, dərhal telefon əlaqələrim məhdudlaşdırılacaq.
Onlar kağız üzərində əsas kimi bunu göstərirlər ki, guya mən başqa cəzaçəkmə müəssisələrində olan inanclıları aclıq aksiyasına başlamağa çağırmaq niyyətində olmuşam. Lakin telefon qadağasının əsas səbəbini mənə şifahi olaraq bildirdilər. Dedilər ki, mənim həbsxanadan İlham Əliyevə sonuncu ünvanladığım anlaşma mətninin yayılması, eyni zamanda tərəfimizdən hicablı şagirdlərin və hörmətli müəllimlərin hüquqlarının qorunmasına yönəlmiş səs yazılarımızın yayımlanması bu məhdudiyyətin əsas səbəbidir.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti bizim bir dəqiqəlik də olsa, haqq səsimizə tab gətirə bilmir. Şəksiz, Əliyev rejimi dünyanın ən islamofob rejimlərindən biridir və bu zülmkar rejimə qarşı Allahın yardımı ilə son nəfəsimizə qədər mübarizəmizi davam etdirəcəyik.
Uca Allah Azərbaycan xalqını, əziz məktəblilərimizi, ana və bacılarımızı Əliyev rejiminin şərindən qorusun. Amin!
Tale Bağırzadə
12 saylı cəzaçəkmə müəssisəsi
Tale Bağırzadə: “Əliyev rejimi dünyanın ən islamofob rejimlərindən biridir”

Oxşar xəbərlər