İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazındakı mövcud vəziyyət və regionun təhlükəsizlik perspektivləri ilə bağlı vacib bəyanatlarla çıxış edib.
Hörmüz boğazının strateji əhəmiyyətinə toxunan Əraqçi, bu keçidinin onilliklər ərzində açıq olduğunu, İran və Omanın gəmilərin hərəkətinə heç bir maneə yaratmadığını, əksinə ərazidə təhlükəsizliyi təmin edərək ətraf mühiti qoruduğunu xatırladıb. Lakin nazir son müharibənin hər şeyi dəyişdiyini vurğulayaraq, Hörmüz boğazının idarəolunma mexanizminin artıq əvvəlki kimi olmayacağını diqqətə çatdırıb.
Bölgədə yenidən müharibənin başlanma ehtimalı haqqında müzakirələrə münasibət bildirən Əraqçi, şəxsən özünün artıq müharibədən sonrakı mərhələni düşündüyünü qeyd edib. O bildirib ki, hərbi əməliyyatlar baş versə də, verməsə də İranın təməl siyasəti dəyişməyəcək.
İranın bütün regional ölkələrlə əməkdaşlığa hazır olduğunu vurğulayan İran XİN rəhbəri, regionda yeni təhlükəsizlik strukturu üzrə ortak anlayışa nail olmaq üçün səy göstərdiklərini və bu yanaşmanın hər bir tərəfin maraqlarına xidmət edəcəyini ifadə edib.
Abbas Əraqçi: Hörmüz boğazının idarəçiliyi artıq əvvəlki kimi olmayacaq

Oxşar xəbərlər