Bu hansı ağlın məhsuludur?

İsrailin prezidenti İsxak Hersokun Azərbaycanda Zirvə Toplantısına dəvəti tənqid hədəfinə alan Tale Bağırzadə Azərbaycanda baş verən son hadisələrin də bu səfərlə bağlılığına diqqət çəkib.

“Heç şübhəsiz, BMT-də yaşanan və əksər dövlətin İsrailin baş nazirinin çıxışı zamanı salonu tərk etməsi, bu qısa vaxt kəsyində yenidən İsrail rəsmisini beynəlxalq tədbirə dəvət heç bir məntiqə əsaslanmır. BMT zalında İsraili baykot edənlərin bu tədbirdə də eyni addımı atacağı aydın olduğu halda, soyqırımçı ölkənin başçısını Azərbaycana dəvət hansı ağılın məhsuludur?

Bəlıidir ki, burada hesabat dolu məkirli bir addımın gizlənib və çox böyük ehtimalla, Azərbaycanda yaşanan hicablı şagirdlərin təhsil müəsisələrinə buraxılmamasına əmr də məhz bunun tərkib hissəsidir. Uşaq qətlindən həzz alanlarla dostluq, öz xalqının qız uşaqlarını göz yaşlarına qərq edən bir ruhiyyəni formalaşdıran iyrənc düşüncədir.

Birmənalı olaraq, uşaq qatılı İsrailin pak Azərbaycan torpaqlarına səfərini məhkum edir və bu səfəri ölkəmiz, xalqımız üçün utanc olaraq qəbul edirik.”