ABŞ administrasiyası, Yəmənin Ənsarullah mərkəzli ordusunun hücumları fonunda, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Amerika səfirliyinin əməkdaşlarını ölkəni tərk etməyə çağırıb. Diplomatik mənbələrə istinadən çərşənbə günü, 22 oktyabr tarixində AFP agentliyinin verdiyi məlumata görə, səfirlik əməkdaşlarının ailə üzvlərinə də krallıqdan çıxmaq tapşırılıb.
Agentliyin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyn dəki Amerika səfirliklərinin əməkdaşlarının ailə üzvləri də oxşar göstəriş alıblar.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bu sərəncamı “X” sosial şəbəkəsində təsdiqləyib. Eyni zamanda o dəqiqləşdirib ki, bu qərar “müstəsna olaraq ABŞ hökumətinin təxirəsalınmaz (təcili) tapşırıqların icrası ilə məşğul olmayan əməkdaşlarına və onların Səudiyyə Ərəbistanındakı ailə üzvlərinə” şamil edilir.
Husilərin Ər-Riyada hücumları
Piqott bu qərarı Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumları ilə əlaqələndirib. Onun sözlərinə görə, Dövlət Departamentinin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyi və mühafizəsi “əvvəlki kimi bizim üçün əsas prioritet olaraq qalır”.
Oktyabrın əvvəlindən bəri Səudiyyə Ərəbistanı demək olar ki, hər gün husilər tərəfindən raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalır. Oktyabrın 10-da Ər-Riyad beynəlxalq hava limanına endirilən zərbə nəticəsində 13 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb.
Çərşənbə günü Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatlarının hücumunun dəf edilməsi zamanı iki nəfər həlak olub. Səlahiyyətli şəxslərin məlumatına görə, onlar qəlpələrin düşməsi nəticəsində həyatlarını itiriblər. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi hücumun hədəfinin BƏƏ ilə sərhəd yaxınlığındakı Şeybə neft yatağı olduğunu bildirib.
ABŞ səfirlik əməkdaşlarını və onların ailələrini Səudiyyə Ərəbistanından çıxarır