Ənsarullah: 119 ABŞ, İsrail və İngiltərə gəmisini hədəf aldıq

Yəmən Ənsarullah Hərəkatı 2023-cü ilin noyabrından bu yana Qırmızı dəniz, Oman dənizi və Hind okeanında 119 gəmini hədəf aldığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Huti verdiyi açıqlamada, bu həftə Qırmızı dəniz, Oman dənizi, Ədən körfəzi və Hind okeanında 15 raket və pilotsuz təyyarə ilə 8 hücum həyata keçirdiklərini və bu hücumlardan birinin də Aralıq dənizində həyata keçirildiyini bildirib.

Husi ABŞ, İsrail və Böyük Britaniyaya aid gəmilərin Qəzzaya dəstək aksiyalarının başladığı 2023-cü ilin noyabrından bu yana hədəf aldıqları gəmilərin sayının 119-a çatdığını bildirib.