Növbəti İsrail səfirliyinə molotof hücumu gerçəkləşib

İsrailin Rumıniyanın paytaxtı Buxarestdəki səfirliyinə molotof kokteyli ilə hücum olub. Suriyalı olduğu iddia edilən şəxs saxlanılıb.

İsrail Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada Rumıniyanın paytaxtı Buxarestdəki İsrail səfirliyinə molotof kokteyli atıldığını açıqlayıb. Nazirlikdən bildirilib ki, hadisə nəticəsində dağıntı və insan tələfatı olmayıb.

Bəyanatda deyilir ki, Rumıniya səlahiyyətliləri "Suriya əsilli" kimi xarakterizə etdiyi bir şübhəlini saxlayıblar.

Bildirilib ki, şübhəli şəxs təhlükəsizlik yoxlamasından keçərkən molotofu çıxararaq yandırıb və atıb.

Keçən həftə Meksikada Fələstin tərəfdarı olan nümayişçilər paytaxt Mexikoda İsrail səfirliyi qarşısında toplaşaraq qatil İsrailin Rəfahda dinc əhaliyə qarşı törətdiyi qırğına etiraz ediblər.

Etirazçılardan bəziləri İsrail səfirliyinə girməyə cəhd edərək binaya molotof atıblar.

Dəmir baryerlərlə yaradılmış barrikadanı aşaraq səfirliyə daxil olmağa çalışan fələstinli tərəfdarlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.