İsrail ordusu cümə axşamı Qəzzanın mərkəzindəki BMT məktəbinə hava hücumu həyata keçirib. Fələstinli səhiyyə rəsmiləri hücum nəticəsində ən azı 33 nəfərin öldüyünü bildirib.
İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də İsrailə qarşı hücumda iştirak edən HƏMAS döyüşçülərinin məktəbdən sığınacaq kimi istifadə etdiyini və ərazidən “terroru yönləndirdiyini” iddia edərək ərazini vurub.
HƏMAS-ın media ofisi İsrailin bəyanatını rədd edərək, İsrail qüvvələrinin köçkünlərə qarşı “qəddar cinayət” törətdiyini bildirib və ölənlər arasında 23 qadın və uşağın olduğunu xəbər verib.
İsrail ordusunun sözçüsü Polkovnik-leytenant Piter Lerner jurnalistlərə bildirib ki, İsrail hər hansı mülki itkidən xəbərsizdir.
Zərbə BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin Nuseyratda idarə etdiyi məktəbə endirlib.
ABŞ prezidenti Co Baydenin Qəzzada altı həftəlik atəşkəs təklifini açıqlamasından təxminən bir həftə sonra Birləşmiş Ştatlar və digər 16 ölkə cümə axşamı birgə bəyanat yayaraq sazişi dəstəklədiklərini bildiriblər.
“Biz HƏMAS-ı İsrailin irəliləməyə hazır olduğu bu razılaşmanı imzalamağa və vətəndaşlarımızın azad edilməsi prosesinə başlamağa çağırırıq” deyə bəyanatda bildirilir.
Təklif Qəzzada hələ də HƏMAS tərəfindən saxlanılan girovların bəzilərinin azad edilməsini, fələstinlilərə humanitar yardımın artırılmasını və daimi atəşkəsə nail olmaq üçün danışıqların davam etdirilməsi çağırışlarını əhatə edir.
Birgə bəyanatda deyilir ki, müharibənin bitməsinin vaxtı çatıb.
“Bu həlledici anda biz İsrail liderlərini, eləcə də HƏMAS-ı bu razılaşmanı bağlamaq və girovlarımızın ailələrinə, eləcə də bu dəhşətli münaqişənin hər iki tərəfində olanlara, o cümlədən mülki əhalilərə kömək etmək üçün zəruri olan hər hansı son kompromisləri etməyə çağırırıq” bəyənatda bildirilir.
Bəyanatı Argentina, Avstriya, Braziliya, Böyük Britaniya, Bolqarıstan, Kanada, Kolumbiya, Danimarka, Fransa, Almaniya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya və Tayland imzalayıb.
Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Ordunun verdiyi məlumata görə, girovlardan, ölən 37 nəfərin nəşi də daxil olmaqla, 121-nin Qəzzada olduğu bildirilir.
HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrailin hücuma cavab olaraq keçirdiyi bombardmanlar və qurudan hücumları Qəzzada əksəriyyəti mülki şəxslər olmaqla azı 36 379 nəfərin ölümünə səbəb olub. Ölənlərin sayına həm mülki şəxslər, həm də militantlar daxildir.
Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü açıqladığı hesabatda ən azı 1 milyon fələstinlinin iyulun ortalarına qədər aclığın ən yüksək səviyyəsinə çatacağı ilə bağlı xəbərdarlıq edib. Ümumdünya Ərzaq Proqramı ilə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə hesabatında deyilir ki, qida, su, yanacaq və tibbi yardım axınına qoyulan ağır məhdudiyyətlər Qəzzada, xüsusən də Qəzzanın şimalında vəziyyəti daha da ağırlaşdırır.
Amerikanın Səsi
İsrail Qəzzanın mərkəzindəki BMT məktəbinə zərbə endirib