Hizbullah İsrailin Qolan təpələrindəki hərbi bazasına hücum edib

Livan Hizbullah Hərəkatı İsrail ordusunun Qolan təpələrindəki hərbi bazasını hədəfə alıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, Hizbullah Hərəkatı Livanın cənubundan İsrailin işğal etdiyi Qolan Təpələrində yerləşən hərbi bazanı silahlı pilotsuz uçuş aparatları (PUA) ilə vurub.

Açıqlamada hərtərəfli əməliyyatda “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin birbaşa hədəfə alındığı, əməliyyat nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilib.

Hizbullah Hərəkatı ötən gün işğalçı rejimə məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

Oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar həyata keçirilir.