Azərbaycanda ölkənin əsas aparıcı inanc sahibləri-şiələrlə hakimiyyətin münasibətini tam siyasi rəngə salınma cəhdi səbəbindən yaranan gərginliklərin qısa tarixi zəruridir. Müstəqilikdən sonra dinin inkişafı haqda çox geniş danışmaq olar. 20 yanvar şəhidlərinin dəfnindən 44 günlük müharibədə qəhrəmanlıq səlnaməsi başda olmaqla elə bir sahə tapmaq olmaz ki, orada İslam özünü təsdiq etmiş olmasın. Buna görə də məsələnin ziddiyyət məqamları araşdırılaraq orada siyasi hansı addımların yer aldığı maraq doğurur.
1999-cu ildə qabardılan və süni maneəyə çevrilən sənədlərdə baş örtüyü ilə şəkil çəkdirməyə qadağa çox keçmədi ki, orta məktəblər, iş yerlərinə qədər geniş bir sahəni əhatə etdi.
2000-2001-ci illərdə məktəblərdə uşaqların baş örtüyü ilə dərsə buraxılmaması isə inanclılar arasında geniş etiraz dalğaları, bəzi məntəqələrdə aksiyaya qədər böyüdü. 2002-ci il Nardaranda baş verən və 9 ay sürən etiraz dalğalarının da əsası məhz orta məktəblərin hicab qadağası idi. Ölkənin ən aktual mövzusuna çevrilən hadisə sonrakı dövrlərdə hicab qadağası mövzusunu müəyyən qədər arxa cərgəyə keçirdi.
Lakin bəlli bir həqiqət bu işin siyasi deyil, inanclı üçün xüsusi əhəmiyyət daşıyan və qanunla qadağalanmayan müstəsna hüququnun pozulması səbəbindən baş verdiyi gün kimi aydın idi.
Sonrakı illərdə ara-sıra “Yaşıl inqilab” kimi fikirlər mətbuatda dolaşsa da bu daha çox qeyri-ənənəvi təriqətlərin davamçıları, “Meşə qardaşları” kimi silahlı dəstələr tərəfindən ara-sıra baş qaldıran qarşıdurmalar ilə bağlı idi. Sonunda bütün bu gərginlik Əbu-Bəkr məscidinə atılan qumbara və qanlı insidentlə nəticələnən acı bir olaya yol açdı.
Növbəti dini müstəvidə problemlər 2007-2008-ci illərdə məscidlərlə bağlı “qanunsuz tikili” iddiası ilə sökülmə siyasəti olaraq özünü göstərdi. Birmənalıdır ki, bu dövrdə dağıdılan 3 məscid inanclılar tərəfindən hiddətlə qarşılandı. İnsafən, heç bir maddi maraqlara əsaslanmayan Allah evlərinin elə xalqın dini dəyərinə hörmət əlaməti olaraq rəsmiləşdirmək və bunu xalqın ixtiyarına vermək mümkün olduğu halda hakimiyyət məsələnin ən qəliz tərəfini tutaraq hər üç məscidi bir neçə ay ərzində yerlə bir etdi.
Məscid söküntüləri növbəti dəfə inanclıları etiraz alovuna bürüdü. Sosial media üzərindən baş qaldıran etirazlar Bakı Şəhəri İcra Hakimiyyəti binasının qarşısına qədər uzanan dalğa yaratdı. Ən kuliminasiya həddi isə Yeni Günəşli Fatimeyi Zəhra (s.ə.) məscidinin tikintisi bitmədən sökülmə, ərazisinin İcra Hakimiyyətinin balansına verilmə cəhdi inanclı kütlədə nifrətə səbəb oldu.
Vəziyyətin belə olduğunu gördükdə hakimiyyət bu məsələni qapatmağa çalışaraq işi ölkə başçısına qədər qaldırarıb onun həlli nöqtəsini prezidentin məscidi və bir hektardan artıq sahəsi olan ərazini məscid icmasına bağışladı. Bununla da baş qaldıran gərginlik nisbətən səngidi.
Siyasi məhbus siyahısında inanclılar - Mərkəzə çəkilən inanc (6-cı hissə)