Apellyasiya Məhkəməsi Qarabağ Qazisinin cəzasına baxıb

Mayın 29-da Bakı Apellyasiya Məhkəməsi növbəti Müsəlman Birliyi Hərəkatının (MBH) üzvünün şikayət ərizəsinə baxıb. Məhkəmə Qarabağ Qazisi Alik Aslanovun Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından verilən şikayət əsasında təyin olunub. Hakim Vüqar Həsənov qaldırılan vəsadətləri araşdırıb. O, eyni halda Alik Aslanovun Qarabağ Qazisi olmasını da nəzərə alaraq onun cəzasının çəkilmədən qalan beş aylıq müddətindən 3 ayını azaltmaq haqda qərar qəbul edib.

Xatırladaq ki, Alik Aslanov 2023-cü ilin 29 aprelində saxlanılmış və barəsində narkotik ittihamı irəli sürülmüşdü. 2024-cü il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Alik Aslanovun Qarabağ döyüşlərində iştirakını qiymətləndirərək, şərlənən inanclını 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.