MBH üzvü cəza müddəti bitdiyi üçün elə məhkəmə zalından da azad edilib

2023-cü ilin 28 martında saxlanılan Fədail Şükürov məhkəmə zalından azad edilib. Bakı Ağlr Cinayətlər Məhkəməsində mayın 31-də inanclının məhkəməsi yekunlaşıb. Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvünün CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Telman Hüseynov müdafiə tərəfi Fuad Şirinovun təqdim etdiyi sübutları, eyni halda məhkəmə prossesləri zamanı Fədail Şükürovun fikirlərini əsaslı araşdıraraq son qərarı elan edib.

O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Fədail Şükürovu 1 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Müttəhimin həbs olunduğu tarix müddəti 1 il 2-ay zamanı əhatə etdiyi üçün Fədail Şükürov həbs dövrünü bitirib, məhz elə buna görə də məhkəmə zalından azad edilib. 

Xatırladaq ki, Şükürov Fədail 2023-cü il martın 28-də ölkədə kütləvi inanclıların həbsi zamanı saxlanılmışdı. İnanclıya qarşı saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı.