İraqın Kətaibi Seyyiduş Şühəda Hərəkatının baş katibi İsrailin hücumlarına reaksiya olaraq İraq İslami Müqavimətinin ABŞ və sionistlərin Qəzzanın işğalı hədəflərinə qarşı əməliyyatının yeni mərhələsinin yaxın günlərdə başlayacağını bildirib.
İraq Seyiduş-Şühəda Hərəkatının baş katibi Əbu Əla əl-Vəlayi mövzu ilə bağlı bunları söyləyib: “İraq İslami müqavimət fəaliyyətinin üçüncü mərhələsi tezliklə başlayacaq və istifadə etdiyimiz qabaqcıl silahlar düşməni heyrətə salacaq.
Əl-Əqsa tufanı əməliyyatı düşmənin uğursuzluğunu, məğlubiyyətini hamıya göstərdi. İlahi zəfər vədinin yerinə yetməsinin əlamətləri üzə çıxır”.
İraq İslami Müqaviməti İsrailin Fələstin millətinə və Qəzza müharibəsinə qarşı törətdikləri cinayət və qətllərin artması qarşısında səssiz qalmadı və oktyabrın 7-dən etibarən bir çox xalqı hədəf alaraq Fələstin millətinə və onun müqavimətinə dəstək verməyə başladı. İşğalçı ABŞ-ın İraq və Suriyadakı bazaları və işğalçı rejim və ABŞ-a qarşı digər qaynar cəbhələrdə də iştirak etmiş, beləliklə, bölgədə Amerika-Sionist düşmənə qarşı yeni cəbhə açılmış və düşmən daha da çaş-baş qalmışdır.
İraq İslami Müqavimətinin əməliyyatının birinci mərhələsində Vaşinqtonun mövqelərinə hücumlar günü-gündən şiddətlənib, ikinci mərhələdə isə sionist rejimin mövqeləri İraq döyüşçülərinin hədəfinə çevrilib.
İraq İslami Müqaviməti bundan əvvəl amerikalıların şərikliyi ilə sionist rejimin Qəzza zolağında törətdiyi cinayətlər və qətllər dayandırılana qədər fəaliyyətlərini davam etdirəcəyini vurğulamışdı.
Kətaibi-Seyyidüş Şühəda: İraq İslami Müqaviməti əməliyyatların yeni mərhələsinə başlayır