İnanclı əməliyyat olunmaq üçün müalicə mərkəzinə köçürülüb

İnanclı Mirtofiq Hüseynov Penitensiar Xidmətin Müalicə mərkəzinə köçürülüb. Bu barədə Mirtofiqin ailəsi məlumat verib. Mayın 30-da xəstəxanaya köçürülən inanclı əməliyyat olunacaq. Saxlanılan zaman ciddi fiziki işgəncələrə məruz qalan Miftofiqin beyin baş travması ilə yanaşı sol qasığında yırtığından əziyyət çəkir. O, artıq 1il 6 aydır ki, karsetlə gəzir. Əməliyyat da qasığda yaranmış yırtıqla bağlıdır.
Atasının bildirdiyinə görə Mirtofiq nervoloji müayinələrə də alınıb. Həkim ona qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri, gərginlikdən doğan baş ağrıları diaqnozu da müəyyən ediblər.
Müalicə Mərkəzində karantin otağına yerləşdirilən inanclı eyni diaqnozla mərkəzə artıq ikinci dəfədir ki, yerləşdirilir. Öncəki səfərində bir müddət müalicə alındıqdan sonra əməliyyat olunacağı deyilsə də, sonradan xəstəxana tərəfindən bu əməliyyatın vaxtı qeyri müəyyən vaxta qədər uzadılır.
Vaxtın uzanması isə inanclının hərəkət imkanlarında məhdudiyyətə səbəb olduğu kimi digər yan problemlərə də yol açıb. Məhz bu səbəbə görə Mirtofiq Hüseynov saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında həkimlərin təkidi ilə Müalicə Mərkəzinə gətirilib.  
Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Huseynov Azərbaycanda inanclıların kütləvi həbsləri gerçəkləşən ortamda saxta narkotik ittihamı ilə saxlanılıb. 2022-ci il dekabrın 4-də həbs olunan inanclı istintaq dövründə ağlasığmaz işgəncələrə məruz qalıb. M. Huseynov 2023-cü il dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.