Cüdoçumuz finala yüksəldi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya ipponla qalib gəlib.

O, həlledici qarşılaşmada kanadalı Şeydi Əl-Nahasla üz-üzə gələcək.