Qərb ölkələri və onların müttəfiqləri Yaxın Şərqdə Suriyanı təcrid etməyə çalışırdı.
Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bunu İranin Ali lideri Ayətullah Xamenei bu gün Suriya prezidenti Bəşər Əsədi qəbul edərkən bəyan edib.
“Qərb və onların regional ardıcılları Suriyadakı siyasi quruluşu dağıtmaq və onu regionda təcrid etmək üçün müharibə başlatmağa çalışırdılar, lakin onlarda heç nə alınmadı. Artıq onlar yenidən bunu etməyə çalışırlar, lakin digər üsullarla“, – deyə Ayətullah Xamenei bildirib.
Tehran və Dəməşqin ABŞ və Avropa tərəfindən məruz qaldığı sanksiya təzyiqinə toxunan İranın Ali lideri qeyd edib: “Biz bu çətinlikləri əməkdaşlığın genişləndirilməsi yolu ilə dəf etməliyik“.
Bəşər Əsəd də, öz növbəsndə, İran prezidenti Seyid İbrahim Rəisi və digər şəxslərin vertolyot qəzası nəticəsində həyatlarını itirməsi ilə bağlı öz başsağlığını ifadə edib və mərhum Rəisinin “İran-Suriya münasibətlərinin dərinləşməsində” böyük töhfəsinin olduğunu vurğulayıb.
Əsəd həmçinin Suriyaya hərtərəfli dəstəyinə görə Ayətullah Xameneiyə öz təşəkkürünü ifadə edib.
Ayətullah Xamenei Suriya prezidenti Bəşər Əsədi qəbul edib