Qəzzada atəşkəs İsrail üçün qəti məğlubiyyət oldu

Tehranın cümə namazının müvəqqəti xətibi Ayətullah Xatəmi Qəzzada son atəşkəsə toxunaraq deyib: Bu atəşkəs rejimin tam məğlubiyyəti idi və İsrail rəsmilərinin ardıcıl istefaları bu məğlubiyyətin göstəricisidir.

Bu həftənin Tehran Cümə Namazı Ayətullah Seyid Əhməd Xatəminin imamlığı ilə qılınıb.

Ayətullah Xatəmi cümə namazı xütbələri zamanı Qəzzada atəşkəsin İsrail üçün qəti məğlubiyyət olduğunu bildirib: “İsrail rəsmilərinin ardıcıl istefaları bunun açıq göstəricisidir. Onlar HƏMAS-ı məhv edəcəklərinə söz vermişdilər. Amma HƏMAS yoxa çıxmadı, əksinə, daha da gücləndi.”

Atəşkəsin İsrail rejimi üçün məğlubiyyət olduğunu deyən xətib, “Tramp və işbirlikçiləri bu məğlubiyyətin əvəzini istənilən yolla ödəyəcəklərinə söz veriblər” deyib.

Ayətullah Xatəmi rejimin Fələstini 70 ildən artıqdır işğal altında saxladığını və bu illər ərzində “Kamp David” kimi bir çox danışıqlar görüşlərinin keçirildiyini, ancaq uğurlu olanların müqavimət və intifazə hərəkatları olduğunu bildirib.

Ayətullah Xatəmi, "15 ay davam edən bu sınaqda bir çox qrup qalib gəldi, dörd qrup isə uğursuz oldu. Birinci qalib Qəzza xalqı, ikinci yerdə dünyanın vicdanlı insanları, üçüncüsü Livan Hizbullahı və Ənsarullahdır.”

O, Qəzzada uğursuz 4 qrup haqqında: "Birinci uğursuz qrup ABŞ-dır. Çünki ABŞ olmasaydı, heç kim İsrail rejimini dəstəkləməzdi. İkinci uğursuz qrup isə cinayətləri ilə diqqət çəkən sionist rejim bu cinayətlərin 59 faizini uşaqlara qarşı yönəldib. Uğursuzluqların üçüncü qrupu Avropa ölkələri, dördüncü qrup isə insan haqları təşkilatlarıdır" deyib.

Ayətullah Xatəmi Trampın hakimiyyətə gəlməsinə toxunaraq, "Onun respublikaçı və ya demokrat olması bizim üçün fərq etməz. ABŞ inqilabdan sonra ən çirkin əməliyyatları həyata keçirdi" söyləyib.

Ayətullah Xatəmi çıxışını belə davam etdirib: "Dünya bilməlidir ki, bizim Amerikaya münasibətimiz İmam Xomeyni və möhtərəm inqilabçı liderimizin münasibətidir. İmam Amerikanı Böyük Şeytan kimi qələmə verib. Möhtərəm inqilabçı lider də dəfələrlə bu münasibəti ifadə edib."

Tehranın cümə namazı imamı çıxışında əlavə edib: "ABŞ-ın inadkarlığına qarşı yeganə yol müqavimətdir. Qəzzə bu müqavimətlə qələbə qazandığı kimi, bir gün biz də cümə namazı zamanı Amerikanın məğlubiyyətini qeyd edəcəyik".