Metroda pullar necə silinib?

Hesablama Palatası:
“"Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb.
Müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub".
Sadə dildə yazsaq, pulları işçilərin adına mükafat kimi yazıb mənimsəyiblər.
İndi necə olacaq?
Taarif Şurası Metropolitendə "sərnişindaşıma qiyməti xidmətin maya dəyərini ödəmir" əsaslandırması ilə gediş haqlarını bir neçə dəfə bahalaşdırıb.
Metropoltenin 600 milyon manata yaxın yığılmış zərəri var, onu da "maya dəyəri" ilə əsaslandırıblar. Baxmayaraq, hər il büdcədən milyonlarla manat subsidiya ayrılıb.
 
 
Azadlıq