3. Müxalifət partiya və hərəkatları üzvləri mütləq siyasi maraqları tərənnüm etdikləri üçün hədəflənib. Yeni hakim idarəçilik sisteminin qurulması, öz partiya funksioneri ilə məqsədlərini həyata keçirməyə çalışan bu siyasilərə hakimiyyətin rəqib gözü ilə baxması mövcud həbslərə yol açan əsas səbəblərdəndir. Eyni halda hakimiyyətə tənqidi yanaşma, özbaşnalıqlara etiraz müxalif cəbhənin həbslərlə bağlı amansız işgəncələr səbəbi olaraq bu günün siyasi məhbus siyahısında öz əksini tapır.
4. Xaricdən deportasiya edilmiş siyasi mühacirlər. Hakimiyyətin təqib və təzyiqlərindən siyasi sığınacaq olaraq xaricə üz tutan yüzlərlə vətəndaşın üzləşdiyi deport problemi arxasında çoxsaylı müəmmalar qalmaqdadır. Lakin hansı səbəbin olmasına baxmayaraq xaricdə siyasi sığınacaq istəyən şəxslərin ölkəyə dönüşü elə hava limanından taleyinə qoyulan qara nöqtə ilə qapanır.
Məlumdur ki, siyasi sığınacaq istəyənlərin ən sadə əsası ölkəsində siyasi təzyiqlərin olması göstəricisidır. Hakimiyyət isə onun ifşasına yönəli bu tip davranışları bağışlamadığı üçün sıralama içində deportasiya olunmuşların da adını görmək olar.
5. “Tərtər işi" üzrə mühakimə olunanlar (bura Nardaran, Gəncə və sair məkanlar da əlavə oluna bilər). Polis özbaşnalıqları, məmur zülmləri və onlara yaşıl işıq yandıran hakimiyyətin zülmünə məruz qalan zümrə! Zamanla müxtəlif ərazilərdə etirazlarla müşayət olunan işgəncə faktları sonradan o ərazinin siyasi cəhənnəmə çevrilməsi kimi halları ortaya qoyub. Son Gədəbəy olayında qoca, ağbirçək ananın üzünə bibər qazı püskürdən (hansı ki, ana öz istəyi ilə ərazidən uzaqlaşırdıda) polisin addımı bəlli bir nifrətin təzahürü idi.
Hakimiyyətin “istənilən nöqtədə etiraz sərt yatırılmalıdır” prinsipi Nardaran kimi 10 ilə yaxın bir zamanda hələ də giriş çıxışın məhdudlaşdırılması, digər ərazilərdə də analoji davranışla siyasi məhbus siyahasında yeni bir kateqoriya yaradıb.
7. Ömürlük məhkumlar sırasında da əsasən OMON-çular daxil hakimiyyət əleyhinə qalxanlar, rejimin siyasətinə “yox” deyən şəxslərin adını görmək olar. Onlar da rejimin yararsız siyasət etirazı ilə ayağa qalxanlardır ki, bu gün siyasi məhbuslar sırasındadırlar.
Və son olaraq inanclılar;
İnanclıların bu sırada yer alması yuxarıda qeyd edilən katiqoriyalarda aktiv iştirakçı sayılmaz. Zamanla müəyyən siyasi çəkişmələrdə inanclıların adı hallansa da, ümumilikdə Azərbaycan inanclısı təkcə hakimiyyətin deyil, digər sinif nümayəndələri tərəfindən diskanfort yaşayan zümrədir.
Bunun hansı səbəblərdən yaranmasına toxunmazdan öncə birmənalı siyasi məhbus siyahısında son dövrlər yüksələn xəttlə artan inanclılar barəsində siyasi inqilab və ya hakimiyyətin əldə edilməsi kimi fikirləri söyləmək gülünc olardı.
Qərb insitutlarının da inanclılara qarşı yumşaq halda deyilərsə, soyuq münasibəti onların siyasətdə dəstək alaraq uğurlu bir tərəf olacaqları kimi fikri də real görsənmir. Media mənsubiyyəti, bloggerlik kimi tənqidi yanaşım və ya təhlili araşdırmalarda da inanclılar xüsusi aparıcı yerə malik deyillər.
Bəs onları belə yüksələn xətt üzərinə qaldıran səbəb nədir? Son bir neçə ilin aşağıda təqdim ediləcək statistik göstəriciləri bunu söyləməyə əsas verir ki, inanclıların siyasiləşən rəqəmləri ildırım sürəti ilə artır. Ancaq hansı göstərici səbəbinə? Yoxsa hakimiyyətin iddia etdiyi “İran faktoru” burada hansısa siyasiləşməyə əsas sayılırmı? Bəlkə gizli sektalar kimi Azərbaycan şiəsinin gizlin hansısa fəaliyyəti, qorxulu addımları var ki, hakimiyyət bunları ifşa etdiyi üçün onlar üzərində həbsləri intensivləşdirib deyə görünən mənzərə ortaya çıxıb? Səbəb nədir?
Siyasi məhbus siyahısında inanclılar; Ən son və ən yüksək (2-ci hissə)