Hakimiyyətin son hazırlığı : AŞURA Sonuncu, 11-ci hissə
Bütün bunlar Aşuranın niyə hədəfə alınması üçün bir müqəddəmə sayılacaq bir giriş idi. Bəlkədə toxunulan hər bir səbəb oxucu üçün uzun görünən, əslində geniş izaha ehtiyac duyulan məqamlar yazının qaranlıq bucaqlarında qalaraq ötdü. Lakin əsas məqam, Aşuranın niyə hədəfə alınması son nöqtə olaraq yazıya qoyularaq hakimiyyətin hədəfinə alınan bu məktəbin mahiyyətini aydınladır. Aşura idioloji mübarizə ilə əhatələnmiş bir konsepsiyadır. Onun mübarizəsi ilk öncə insanın nəfsi istəkləri və mənfi təsirlərə məruz qalan bütün boşluqlarıdır. Aşura ilk öncə insanı mərkəzə, həqiqi yerinə çəkərək bütün mənfiliklərin mübarizəsinə çağırır. Bu mübarizəni seçən və addımını meydana qoyan şəxs digər mübarizələrin episentrində dayanan döyüşçüdür. O, artıq özü deyil, bir bəşəriyyətin nicatına qalxan müarizdir. Bu isə mübarizlər, qəhrəmanlar, fatehlərin bir araya gəlməsinə bir hədəfdir. Aşuranın ilk özəlliyi, sinfindən, dini əqidə və məzhəbi baxışından asılı olmayaraq səni birləşdirən hədəf olmasıdır. İstər bu şəxs Aşura məktəbindən qidalanıb şiə əqidə daşıyıcısı İmam Xomeyninin xalq inqilabı üçün birləşdirici hədəfi, istərsə də buddist Mahatma Qandinin Aşuradan ilhamlanan Hindistan azadlıq hərəkatının varlığı məhz birləşdirici Aşuranın gətirdiyi nəticədir. Aşura sözündə azadlıq, ədalət, hürriyət şüarı bütün insanlığı birləşdirici özəlliyidir. Aşura bir ibadət məktəbi deyil, hərçəndi onun bütün barlığı əbd-qul olmanın həqiqətidir. Yəni, Aşura kimlərəsə qul olmaq deyil, azadlığın qulu olub həqiqi azadlığı tam mənada verəcək bir azadlıq hərəkatıdır. İlahi ənginliyə ucalan bu azadlıq maddi mənəvi bütün asılılıqlardan qoparaq hürriyyətin tam özü, azadlığın aydın təzahürüdür. Aşura eqodan uzaq, “mən”-dən kənar bir “biz” kəlməsində Həmd surəsinin “biz” dediyi həqiqəti, Allahın həqiqi insanlıq mahiyyətini təcəlli edən bütünlük, tamlıqdır. O birlik və bizləşən bir dünyanın təməlini qurub yalançı məktəblərin çağırşından fərqli olaraq əməli biz-in real nümunəsidir. Aşura bütün yaxşılıq və gözəlliklərin çirkinlik və mənfiliklərə bulaşılmasına, fitrətə yönəli bütün eybəcərlikləri dəf etməyə, önləməyə qadir böyük sosial gücdür. O təkcə qoruyub müdafiə etmir, eyni halda onun kamal və zirvəyə yüksəliş təminatçısıdır. Aşura Quranın çağırış nəzəriyyələrinə uzanan yalançı əllərin İslam adına yaratdığı illuziyalarla insanlığı İslamdan çaşqınlığa çəkməyə çalışılan bütün güclərin ümidsizliyə uğradığı həqiqət, islamın ölümsüz simasıdır. Aşura demokratiyadan kapitalizmə, nasionalizmdən, sosializmə, buddizmdən ateizmə, bir sözlə bütün məktəblərə onların həqiqətdə aciz və məğlub simasını tam çılpaqlığı ilə göstərəcək Allahın ölümsüzlük əsəridir. Aşura haqqında sayılacaq milyonlarla özəllik bütün çirkilikləri öz məkirli nəfsi oyununa toplayanların hədəfində olması bu günün daxili və xarici mübarizə hədəfini Aşura üzərinə çəkib. Güclər Aşuranı qeyd edilən və edilməsi mümkün olmayan səbəblər üzərindən dəyişməyə, onu modern hala salmaq üçün bütün imkanlarını səfərbər ediblər. Şübhəsiz mühafiz qanadları ilə qoruyucu rolunu oynayan Aşura həqiqəti məhvərindən çıxma ehtimalı hansı bəlaları gətirə bilməsi təsəvvür edilməyəcək qədər böyükdür. Düşmən bunu anlayır, anladığı üçün də Aşura Azərbaycan da daxil olmaqla dünyanın dağıdıcı güclərinin hədəfindəndir.
Hakimiyyətin son hazırlığı : AŞURA Sonuncu, 11-ci hissə
Bütün bunlar Aşuranın niyə hədəfə alınması üçün bir müqəddəmə sayılacaq bir giriş idi. Bəlkədə toxunulan hər bir səbəb oxucu üçün uzun görünən, əslində geniş izaha ehtiyac duyulan məqamlar yazının qaranlıq bucaqlarında qalaraq ötdü. Lakin əsas məqam, Aşuranın niyə hədəfə alınması son nöqtə olaraq yazıya qoyularaq hakimiyyətin hədəfinə alınan bu məktəbin mahiyyətini aydınladır.
Aşura idioloji mübarizə ilə əhatələnmiş bir konsepsiyadır. Onun mübarizəsi ilk öncə insanın nəfsi istəkləri və mənfi təsirlərə məruz qalan bütün boşluqlarıdır. Aşura ilk öncə insanı mərkəzə, həqiqi yerinə çəkərək bütün mənfiliklərin mübarizəsinə çağırır. Bu mübarizəni seçən və addımını meydana qoyan şəxs digər mübarizələrin episentrində dayanan döyüşçüdür. O, artıq özü deyil, bir bəşəriyyətin nicatına qalxan müarizdir. Bu isə mübarizlər, qəhrəmanlar, fatehlərin bir araya gəlməsinə bir hədəfdir. Aşuranın ilk özəlliyi, sinfindən, dini əqidə və məzhəbi baxışından asılı olmayaraq səni birləşdirən hədəf olmasıdır. İstər bu şəxs Aşura məktəbindən qidalanıb şiə əqidə daşıyıcısı İmam Xomeyninin xalq inqilabı üçün birləşdirici hədəfi, istərsə də buddist Mahatma Qandinin Aşuradan ilhamlanan Hindistan azadlıq hərəkatının varlığı məhz birləşdirici Aşuranın gətirdiyi nəticədir. Aşura sözündə azadlıq, ədalət, hürriyət şüarı bütün insanlığı birləşdirici özəlliyidir.
Aşura bir ibadət məktəbi deyil, hərçəndi onun bütün barlığı əbd-qul olmanın həqiqətidir. Yəni, Aşura kimlərəsə qul olmaq deyil, azadlığın qulu olub həqiqi azadlığı tam mənada verəcək bir azadlıq hərəkatıdır. İlahi ənginliyə ucalan bu azadlıq maddi mənəvi bütün asılılıqlardan qoparaq hürriyyətin tam özü, azadlığın aydın təzahürüdür.
Aşura eqodan uzaq, “mən”-dən kənar bir “biz” kəlməsində Həmd surəsinin “biz” dediyi həqiqəti, Allahın həqiqi insanlıq mahiyyətini təcəlli edən bütünlük, tamlıqdır. O birlik və bizləşən bir dünyanın təməlini qurub yalançı məktəblərin çağırşından fərqli olaraq əməli biz-in real nümunəsidir.
Aşura bütün yaxşılıq və gözəlliklərin çirkinlik və mənfiliklərə bulaşılmasına, fitrətə yönəli bütün eybəcərlikləri dəf etməyə, önləməyə qadir böyük sosial gücdür. O təkcə qoruyub müdafiə etmir, eyni halda onun kamal və zirvəyə yüksəliş təminatçısıdır.
Aşura Quranın çağırış nəzəriyyələrinə uzanan yalançı əllərin İslam adına yaratdığı illuziyalarla insanlığı İslamdan çaşqınlığa çəkməyə çalışılan bütün güclərin ümidsizliyə uğradığı həqiqət, islamın ölümsüz simasıdır.
Aşura demokratiyadan kapitalizmə, nasionalizmdən, sosializmə, buddizmdən ateizmə, bir sözlə bütün məktəblərə onların həqiqətdə aciz və məğlub simasını tam çılpaqlığı ilə göstərəcək Allahın ölümsüzlük əsəridir.
Aşura haqqında sayılacaq milyonlarla özəllik bütün çirkilikləri öz məkirli nəfsi oyununa toplayanların hədəfində olması bu günün daxili və xarici mübarizə hədəfini Aşura üzərinə çəkib. Güclər Aşuranı qeyd edilən və edilməsi mümkün olmayan səbəblər üzərindən dəyişməyə, onu modern hala salmaq üçün bütün imkanlarını səfərbər ediblər. Şübhəsiz mühafiz qanadları ilə qoruyucu rolunu oynayan Aşura həqiqəti məhvərindən çıxma ehtimalı hansı bəlaları gətirə bilməsi təsəvvür edilməyəcək qədər böyükdür. Düşmən bunu anlayır, anladığı üçün də Aşura Azərbaycan da daxil olmaqla dünyanın dağıdıcı güclərinin hədəfindəndir.
Müsəlman Birliyi Hərəkatını təhlil mərkəzi.