ABŞ-İsrailin İrana qarşı başlatdığı müharibədə İslam Respublikasının tərəfindən müharibəyə qoşulan Yəmən (“Ənsarullah” hərəkatı, husilər) dünya üçün strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazını bağlaya bilər. Bu isə neftin bir barelinin qiymətinin 200 dollara çatmasına səbəb ola bilər.
Bu barədə Yəmənin informasiya nazirinin müavini Məhəmməd Mənsur xəbərdarlıq edib.
“Avropa da anlamalıdır ki, əgər o, Müqavimət cəbhəsinə qarşı düşmənçilik nümayiş etdirməyə davam edərsə, biz neft qiymətlərinin bir barel üçün 200 dollara qalxmasını təmin edəcəyik ki, bu da Avropa iqtisadiyyatını boğacaq”, – deyə Mənsur bildirib.
“Biz Bab əl-Məndəb boğazını bağlaya, Süveyşə gedən dəniz yollarını kəsə bilərik. Bizim məhdudiyyətsiz raket ehtiyatlarımız var və bizim icazəmiz olmadan Asiya ilə Avropa arasında heç bir gəmi hərəkət etməyəcək”, – deyə o əlavə edib.
Yəmən Avropanı hədələdi: Neftin qiymətini 200 dollar edərik!