Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.
Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.
Əfqan Sadıqov Azərbaycana deportasiya olunub