Geniş həbs dalğasına məruz qalan inanclıların repressiyası davam edir. Son günlər həbs edilən inanclılar sırasında gənc ailə başçısı da əlavə olunub.
Martın 11 də Xırdalan şəhər sakini evindən iş yerinə yollanan Namazov Əlikram Ehtiram oğlu Xırdalan polisləri tərəfindən saxlanılıb. Eyni ssenarinin icrası gerçəkləşərkən zor tətbiq edilən inanclının narkotiklərlə bağlı ittihamı qəbul etməsi tələb olunub.
Məlum təzyiq və zorakılığa məruz qaldığını martın 14 də Xırdalan Məhkəməsi önünə çıxarılan zaman etiraf edən inanclının bütün ittihamların saxta olmasını bildirməsinə baxmayaraq məhkəmə Əlikram Namazov barəsində həbs qətiimkan tədbirini seçib.
Xatırladaq ki, Əlikram Namazov evlidir və himayəsində bir azyaşlı körpəsi var.
Son dövrlər ölkədə din sahəsində çoxsahəli gərginliklər özünü göstərməkdədir. Həbslər, təzyiq və təqiblərlə yanaşı məktəblərdə hicablı qızların tədrisdən uzaqlaşdırlması faktları da hər ötən gün durmadan artmaqda davam edir.
Daha bir inanclı saxlanılaraq məhkəmə önünə çıxarılıb