Son günlər orta məktəblərdə hicabla şagirdlərin məktəbə gəlməsinə qadağa ciddi şəkildə böyüməyə davam edir. Valideynlərin etirazı, məktəb drektorlarının təkidi və Təhsil Nazirliyinin susqunluğu bəlli gərginliyi artırır.
Belə qadağalardan biri Sumqayıt şəhəri 17 saylı orta məktəbdə qeydə alınıb. Məktəb drektoru Rəna Abdullayeva məktəbdə təhsil alan hicablı şagirdlərin ailələrinə telefon zəngi açaraq bildirib ki, onlar uşaqlarının təhsil almalarını istəyirlərsə mütləq uşaqların başını açmalıdırlar. “Ya təhsil, ya hicab” deyən drektor bunun başqa yolu olmadığını deyib.
Hicablı şagirlərdən birinin valideyni Əsmər Seyidova adı çəkilən məktəbə gedib və drektorla görüşüb. Əsmər xanım qanunla belə bir qadağanın olmadığını söyləsə də müəssisənin drektoru Rəna xanım məktəbli geyimində hicabın olmadığına diqqət çəkərək fikirlərini bununla əsaslandırıb ki, əgər rəsmi məktəb geyimində hicab yoxdursa o da heç bir uşağın məktəbə hicabla gəlməsinə icazə verməyəcək.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin kominikasiya şövbəsinin müdiri Səbuhi Rzayev problemlə bağlı yazılı müraciət ediləcəyi halda məsələyə baxılacağını deyib.
Məktəbli geyiminə hicabın uyğunlaşdırılması hələ illər öncə ölkənin ciddi problemlərindən birinə çevrilmişdi. Dəfələrlə qadağa ilə bağlı Təhsil Nazirliyi önündə geniş aksiyalar keçirilmiş və valideynlər məktəb drektorlarının uşaqların hicaba süni qadağa qoymaqla təhsildən uzaqlaşdırmalarına etiraz etmişdilər.
O zamanlar məlum hadisə arxa plana keçirilərək süni qadağa aradan qaldırılsa da, məsələnin həll edilmədən açıq qalması növbəti dəfə valideyn və təhsil müəssisəsi arasında gərginliyə yol açmaqdadır.
Növbəti hicab qadağası: “Ya təhsil, ya hicab”