04 January 2025

"Real" La Liqa tarixində 5000 xal toplayan ilk komanda olub

Ispaniya təmsilçisi "Real" (Madrid) La Liqa tarixində 5000 xal toplayan ilk komanda olub.

"Kral Klubu" ölkə çempionatının XVII turundan təxirə salınmış oyunda "Valensiya"ya qalib gələrək (2:1) bu uğura imza atıb.

Paytaxt klubu 5000 xalı 94 mövsüm ərzində əldə edib. Komanda ümumilikdə 1833 qələbə qazanıb, 6526 qol vurub.

Qeyd edək ki, “Barselona” (4887) və “Atletiko” (4018) “Real”ın ən yaxın izləyiciləridir.

 

 

Azərbaycan 12 ildən sonra Dəməşqdə səfirliyini açır

Azərbaycan Dəməşqdə 12 ildir bağlı olan səfirliyini yenidən açmaq qərarına gəlib.

“Biz Dəməşqdəki səfirliyimizi yenidən açmaq qərarına gəldik və Türkiyənin koordinasiyası ilə Suriyanın yeni hökuməti ilə əlaqələri bərpa etməyə hazırıq”, - Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Əl-Cəzirə Mubasher” telekanalına müsahibəsində bildirib.

İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə cümə söhbətini “Münacat” adlı yeni mövzu ilə başladı

Hacı Ramil Bədəlov silsiləvi cümə xütbəsini bu həftə də sosial media üzərindən davam etdirib. Rəcəb, Şabah və Ramazan aylarını əhatə edəcək yeni mövzu başlayan ilahiyyatçı bu cümə mövzuya giriş edib. Bəndənin öz Yaradanı ilə həmsöhbət olması mənasını daşıyan münacat adlı mövzunun geniş olduğunu bildirən ilahiyyatçı izahi mübarək aylar boyunca sürəcəyinə diqqət çəkib.

Beyrut Hava Limanında iranlı diplomatlara təzyiq Hizbullah tərəfdarlarını ayağa qaldırdı

2 yanvarda Beyrut Hava Limanına enən İranın Mahan Air aviaşirkətinə məxsus təyyarə ilə bağlı misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Beyrut Hava Limanı, İranın Mahan Air təyyarəsinə qarşı sərt təhlükəsizlik tədbirlərinə şahidlik edib.

Təyyarədə olan İranlı sərnişinlərin baqajlarının ən xırda detallarına qədər yoxlanıldığı və saatlarla gözləməli olduqları üçün sərnişinlərin rəsmi qurumlara kəskin etiraz etdiyi qeyd olunub.

İsrail Qəzzaya amansızcasına zərbələr endirməyə davam edir

İsrailin Qəzza zolağına ötən gecə ərzində endirdiyi zərbələr nəticəsində azı 23 fələstinli həyatını itirib.

2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada soyqırım törədən İsrail hücumlarını ara vermədən davam etdirir.

Qəzzanın bir çox bölgəsində gecə boyu həyata keçirilən hücumlarda azı 23 nəfər ölüb, çoxlu sayda yaralı var, 14 nəfərdən  isə xəbər yoxdur.

“Beşiktaş” səfərdə xal itirib

Türkiyə Superliqasında XVII turun oyunları keçirilib.

Operativtv Unikal-a istinadən xəbər verir ki, “Beşiktaş” səfərdə “Rizəspor”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 27-yə çatdıran qonaqlar 5-ci pilləyə yüksəlib.

Digər matçda isə “Alanyaspor” “Konyaspor”a 2:1 hesabı ilə qalib gəlib.

Alanyalılar bununla da 21 xalla 8-ci yerə qalxıb.

Tbilisidə etiraz aksiyası keçirilir

Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirilir. 

Bu barədə xarici KİV yazıb. 

Vətəndaşlar parlament binasının yanında toplaşıblar. Ölkənin əsas prospekti bağlanıb, nümayişçilərin tələbləri isə dəyişməz qalıb. Mitinq iştirakçıları bildirib ki, etiraz aksiyası yeni rəhbər təyin olunana və mitinqdə həbs olunan şəxslər azadlığa buraxılana qədər davam edəcək . 

Finlandiya Rusiya neftini daşıyan tankerin müsadirəsini tələb edir

Finlandiyanın milli enerji şəbəkəsi operatoru “Fingrid” keçən ay Baltik dənizində elektrik kabelinə ziyan vurmaqda şübhəli bilinən neft tankerinin hüquqi müsadirəsi üçün məhkəməyə müraciət edib.

“Fingrid” bəyanatında bildirib ki, yeraltı “Estlink 2” elektrik xəttinin sıradan çıxarılması ilə bağlı maddi iddiasını təmin etmək məqsədilə Helsinki Rayon Məhkəməsinə müraciət edib. “Eagle S” neft tankerinin müsadirəsi tələb olunur.

Suriya niyə dünya güclərinin diqqət mərkəzindədir?

Hər cür sabit tablonun yaradılmaq cəhdinə baxmayaraq, hələlik üç hissəyə bölünən Suriyanın vəziyyətində xüsusi heç bir şey dəyişmir. Daxili qarşıdurmalar fonunda bütün hərbi infrastrukturu az qala İsrail tərəfindən hər gün bombalanan ölkəyə Amerika hərbi qüvvələrinin gizlin yerləşdirilməsi öz axarı ilə davam edir. "Qaçqınları geri qaytarma" adı ilə ölkənin bir hissəsini artıq illərdir nəzarəti altında saxlayan Türkiyənin digər bölgülü tərəfi rəsmiləşdirmək üçün göstərdiyi dəstək isə ölkənin acı taleyini daha çətin sabahlara daşıyır.