Gürcüstanda ekstradisiya məqəsdi ilə həbs edilmiş Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb.
Bu barədə onunla telefon danışığından sonra jurnalistin hazırda üçüncü ölkədə yaşayan həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, artıq 136 gündür aclıq edən həyat yoldaşı su və dərman qəbulundan da imtina edib.
“Əfqana yalvarışlarıma baxmayaraq quru aclığı axıradək davam etdirəcəyini dedi. Vəkili də təəssüf hissi keçirir. Əfqanın sağlamlıq durumu çox ağırdır. Quru aclığa keçəndə Əfqan artıq 42 kiloqram çəki itirirək 53 kiloqram idi (həbsxanaya daxil olanda 95 kiloqram olub)”, o qeyd edib.
Sadıqova Gürcüstanın hüquq-mühafizə orqanlarından da narazıdır.
“Əfqan tam siyasi sifarişlə həbs edilib. Azərbaycan rəhbərliyinin siyasi sifarişini Gürcüstan hakimiyyəti sadəcə icra edir. Əfqana qarşı münasibətdə Gürcüstan rejimi pis mənada hər şeyi edir. Yanvarın 31-də uzun müddət aclıq edən həyat yoldaşımı sübh tezdən aparıblıa məhkməyə, məhkəmə yalnlz saat 15-də başlayıb. Bununla ona qarşı Gürcüstan hakimiyyətinin münasibətini bir daha nümayiş etdiriblər. 136 gün aclıq edən insanı uzun müddət əlil arabasında gözlətməyin psixoloji təsirlərini təsəvvür etmək çətin deyil. Əfqan təcridxanadan kitab istəyib, verməyiblər ki, Azərbaycan dilində kitab yoxdur. Vəkili azərbaycan dilində kitab aparıb, o kitabı da vermirlər”, Sadıqova qeyd edib.
Sadıqova yaşadığı üçüncü ölkədə Gürcüstan səfirliyinin binası qarşısında həyat yoldaşına qarşı pis münasibətə etiraz olaraq aksiya keçirəcəyini bildirib.
2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edib.
Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan hakimiyyətinə iş üzrə yekun qərar qəbul edilənə qədər Sadıqovu Azərbaycana ekstradisiya etməmək göstərişi verib. Bundan sonra yanvarın 31-də Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun həbs müddətini daha 3 ay uzadıb.
Müdafiə tərəfi Sadıqovun Azərbaycana ekstradisiya ediləcəyi təqdirdə təqiblərə, işgəncələrə və qeyri-insani rəftara məruz qalacağını sübut edən faktları məhkəməyə təqdim edib. Müdafiə tərəfi bildirib ki, o, əvvəlki illərdə dəfələrlə siyasi təqiblərin qurbanı olub və bu, beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.
Ötən il iyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.
Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.
2024-cü il avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.
Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.
İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.
2024-cü il avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq ekstradisiya həbsi qərarı verib.
Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.
2024-cü il avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist quru aclığa başlayıb