Çin ABŞ məhsullarına tarif tətbiq edib

Çin ABŞ tarifinin qüvvəyə minməsindən qısa müddət sonra ABŞ məhsullarına 10%-dən 15%-ə qədər tariflər elan edib.

Bu barədə Çin Hökuməti bildirib.

Məlumata görə, fevralın 10-dan etibarən Çin kömür və mayeləşdirilmiş təbii qaza 15%, xam neft, kənd təsərrüfatı maşınları, irihəcmli avtomobillər və yük maşınlarına isə 10% əlavə tarif tətbiq edəcək.

Çinin tarif qərarı ABŞ tarifinin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra gəlib.

 

APA