ABŞ Prezidenti Donald Tramp şənbə günü imzaladığı sərəncamla Kanada və Meksikadan idxal edilən məhsullara 25%, Çindən idxal edilən məhsullara isə 10% tarif tətbiq edib. Tariflər çərşənbə axşamı qüvvəyə minəcək.
“Kanada və Meksika hər ikisi Amerika vətəndaşlarını öldürən qeyri-qanuni fentanil maddəsinin və həmçinin qeyri-qanuni immiqrantların misilsiz şəkildə axınına icazə veriblər,” Ağ Evin mətbuat katibi Karolin Leavitt cümə günü brifiqndə bildirib.
Həftəsonunu cənubi Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirən Trampın cədvəldə müxbirlərlə danışmağı planlaşdırılmayıb.
Kanada məhsulları ümumilikdə 25 faizlik tariflə üzləşsə də, Tramp deyib ki, Kanadanın xam neft məhsullarının idxalına 10 faiz tarif tətbiq olunacaq. Meksikanın enerji ixracı isə 25 faizlik tariflərə daxildir.
Tramp yeganə Kanada üçün nəzərdə tutulan “de minims” tarif istisnasını ləğv edib. Həmin istisna 800 dollardan aşağı qiymətdə olan məhsullara tətbiq olunurdu.
Çinə tətbiq olunan tariflər indiyədək mövcud olan müxtəlif tariflərin üstünə gələcək.
Bu sərəncama əsasən, prosesdə istisnalar yer almır, ancaq ölkələr hansısa formada cavab verərlərsə, tariflərin eskalasiyası nəzərdə tutulur.
Kanada və Meksika bildiriblər ki, onlar ABŞ məhsullarına tariflər tətbiq edə bilərlər.
İstefaya getməkdə olan Kanada Baş Naziri Castin Trüdo öz ölkəsinin buna cavab verəcəyini bəyan edib.
“Biz bu tariflərin qarşısını almağa çalışırıq, lakin əgər Birləşmiş Ştatlar irəli getsə, Kanada dərhal və qətiyyətlə cavab verməyə hazırdır,” o, sosial mediada bildirib.
Bu arada Meksika Prezidenti Klaudia Şaynbaum deyib ki onun ölkəsinin “ABŞ hökuməti verdiyi qərara uyğun A planı, B planı, C planı var”.
Tramp Kanada və Meksikaya tariflər tətbiq edir